Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Omanın xarici işlər nazirindən birmənalı mövqe
"Hamıya məlumdur ki, Ermənistan Azərbaycan ərazilərini silahlı yolla işğal edib"

Oman Sultanlığının xarici işlər naziri Yusif bin Alavi bin Abdullanın APA-ya müsahibəsi

- Azərbaycana səfərinizin nəticələrini necə qiymətləndirirsiniz? Mövcud əlaqələrin səviyyəsindən razısınızmı?

- Bakıda olmağımdan çox şadam. Bu səfər həmkarım Elmar Məmmədyarovun dəvəti əsasında baş tutub. Biz səfər çərçivəsində ikitərəfli əlaqələrin perspektivlərini müzakirə etdik. Mən Azərbaycana ilk dəfə 1992-ci ildə gəlmişdim. İndi Azərbaycanın, xüsusilə Bakının geniş inkişafının şahidi oldum. İstər iqtisadi, istər siyasi, istər memarlıq-inşaat sahəsində Azərbaycan bir çox uğurlar əldə edib. Mən bu inkişafı görməkdən çox şadam. Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Omanla əlaqələri yüksələn xətlə inkişaf edib, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr mövcuddur. Növbəti 3 ay ərzində iki ölkə arasında 3 sazişin imzalanması nəzərdə tutulur. Bu sazişlər sərmayələrin təşviqi və qorunması, ikiqat vergitutmanın aradan qaldırılması haqqındadır. Bunlar Oman iş adamlarının Azərbaycana gəlişi və buraya sərmayə yatırmaları üçün çox mühüm sazişlərdir. Üçüncü saziş isə hava nəqliyyatı ilə bağlıdır. İki ölkə arasında birbaşa reyslər həyata keçiriləcək.
Biz Azərbaycanla Oman arasında əlaqələrin inkişaf tempindən çox razıyıq və xüsusən Azərbaycanın bu yaxınlarında Omanda səfirlik açması barədə verdiyi qərardan çox şadıq. Heç şübhə yoxdur ki, Oman da Azərbaycanda səfirlik açmaq barədə qərar qəbul edəcək.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Omanın mövqeyi nədən ibarətdir?

- Hamıya məlumdur ki, Ermənistan Azərbaycan ərazilərini silahlı yolla işğal edib. Oman Sultanlığı daim Azərbaycanın mövqeyini dəstəkləyir və onun ərazi bütövlüyünün təmin olunmasını istəyir.

- Azərbaycan da, Oman da neft ölkələridir. Bu sahədə əməkdaşlığın qurulmasını gözləmək olarmı?

- Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə eneryi sahəsində əlaqələrin perspektivlərini geniş müzakirə etdik. Yaxın aylar ərzində iki ölkənin aidiyyəti orqanları arasında qarşılıqlı səfərlər həyata keçirəcəyik.

- İki müsəlman ölkəsi arasında mədəni əməkdaşlığın perspektivləri necədir?

- Biz Elmar Məmmədyarovla görüşdə bu mövzuya toxunduq. Bu yaxınlarda mədəni sahədə əlaqələrin perspektivlərini bir daha müzakirə edəcəyik və iki ölkə arasında mədəni sahədə bir çox qarşılıqlı səfərlər olacaq.

- Hazırda Azərbaycanla Oman arasında ticarət əlaqələri varmı? Uzun illərdir Azərbaycanda çox keyfiyyətli "Oman" unu satılır. Bu, həqiqətən Oman unudurmu?

- Bəli, o un Omanda istehsal edilir. Lakin Omanla Azərbaycan arasında ticarət dövriyyəsi zəifdir. İnşallah, yaxın illərdə biz ticarət dövriyyəsinin artırılması üçün müxtəlif üsullardan istifadə edəcəyik, ticarətin həcmini lazımi səviyyəyə qaldıracağıq.

- Turizm sahəsində əməkdaşlıq mümkündürmü?

- Hazırda turizm əlaqələrimiz məhduddur. Bunun da əsas səbəbi iki ölkə arasında birbaşa hava reysinin olmamasıdır. Lakin hava reysi ilə bağlı sazişin imzalanmasından sonra inanıram ki, bu, asanlaşacaq.

- Uçuşlar nə vaxt həyata keçiriləcək?

- Ümid edirik ki, bu ildən başlanacaq.
+  -  Çap 
Yerləşdirilib: 04.02.10 | Baxılıb: 391

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •