|
Bu gün Yasamal rayon Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyi ilə Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayev yaşadığı binanın mühafizəçi işləyən şəxsin məhkəmə prosesi keçiriləcək. Məhkəmə qarşısında R.Rzayev qətlə yetirilən gün onun yaşadığı binanın mühafizəçisi kimi növbədə olan Elşən Eyvazov cavab verir. İttiham aktına görə, E.Eyvazovun avtomobilindən tiryək tapılıb. E.Eyvazov, həmçinin, 2006-cı ilin mayında ailəsinə ünvanlı sosial yardım almaq üçüm sənəd saxtalaşdırmaqda təqsirləndirilir. Amma prosesdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi təqsirləndirilən tərəfindən dövlətə dəyən ziyanın ödənildiyini, onunla bağlı pul tələbinin olmadığını deyib. Prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsə 5 il cəza verilməsini istəyib.
|