Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
18 yaşlı gəncin vəfasızlığı
"Seltik" "Motervell"in hücumçusuyla dördillik müqavilə bağladı

Şotlandiyanın "Seltik" klubu yanvar ayında transfer əməliyyatları baxımından ən çox fəallıq göstərən klub olub. Qlazqolular əvvəlcə onlara lazım olmayan bir neçə futbolçularla yollarını ayırandan sonra onların boşaltdığı yerləri tədricən doldurub.
Əvvəla "Fulhem"in hücumçusu Diomansi Kamaranın mövsümün sonuna qədər "Seltik"ə icarə əsasında xidmət edəcəyini vurğulayaq. Seneqallı futbolçu qlazqoluların çalışdırıcısı Toni Moubreyə yaxşı tanışdır. Axı Diomansi 2006/07 mövsümündə "Vest Bromviç"də məhz onun sərəncamında olub. Qlazqo nəhəngi heyətinə Pol Sleyni də cəlb edib. "Motervell"in 18 yaşlı hücumçusuyla dördillik müqavilə bağlanılıb. Amma bu keçidin "Seltik"ə hansı qiymətə başa gəlməsi haqda rəsmi açıqlama verilmir. "Motervell"in prezidenti Con Boyl Sleyni onu yetişdirən kluba vəfasızlıq etməkdə günahlandırır: "Biz Pola bir neçə dəfə yeni - uzunmüddətli müqavilə təklifiylə üz tutmuşduq. Amma o, hər dəfə imtina edirdi. Pol məhz bizim komandada yetişib. O, burda həmişə xoş münasibətlə üzləşib. Belədə Sleynin "Seltik"ə yollanmağa razılıq verməsini heç cür anlaya bilmirik. Bu qədər vəfasızlıq olmaz..."
Qlazqoluların heyətinə cəlb etdiyi digər futbolçu Edson Brafheyddi. 26 yaşlı müdafiəçi "Bavariya"dan mövsümün sonuna qədər icarəyə götürülüb. Almaniya nəhənginin sıralarında möhkəmlənə bilməyən Edson yanvarda "Bavariya"nı tərk edən 5-ci futbolçudu. Xatırladaq ki, müdafiəçi Breno ilə yarımmüdafiəçi Andreas Ottl "Hürnberq"ə icarəyə verilib. Yarımmüdafiəçi Aleksandr Baumyohann "Şalke-04"ə üz tutub. Hücumçu Luka Toni isə mövsümün sonuna qədər icarə qaydasıyla "Roma"nın formasını daşıyacaq.
Amma "Seltik"in heyətinə cəlb etdiyi ən məşhur futbolçunun kimliyi ilə indi tanış olacaqsız. Söhbət Robbi Kindən gedir! İrlandiya millisinin forvardı bu mövsümün ilk dövrəsində "Tottenhem"in əsas heyətində müntəzəm oynamamasından narazı idi. Londonluları çalışdıran Harri Rednapp çox götür-qoydan sonra onu istəyinə çatdırıb: "Bu Kin üçün xoş xəbərdi. Robbi komandamızda müntəzəm meydana çıxmaq istəyirdi. Amma mən ona belə şans vermək imkanından məhrumam. Çünki komandamızda yüksək səviyyəli forvardlar yetərincədi".
Qeyd edək ki, Şotlandiya klubu Robbinin transfer hüququna yiyələnmək şaqsına malikdi. Əvvəllər "Vulverhempton", "Koventri", "İnter", "Lids" və "Liverpul"un uğurları üçün çalışan Kin Qlazqo hava limanında böyük coşğuyla qarşılanıb. "Seltik"in "7" nömrəli formasını daşıyacaq təcrübəli futbolçu keçirdiyi hissləri belə ifadə edib: "Burda fantastik atmosfer hökm sürür. Etiraf edim ki, fanatlar mənə görə əsl şou yaradıb. Qlazqoda belə qarşılanacağımı ağlıma belə gətirməzdim. Bu "Seltik" tərəfdarlarının futbola münasibətinin ən bariz göstəricisidi. Stadiona gecə yarı baş çəksəm də, idman qurğusu qarşısında məni gözləyənlər də yetərincə idi. Sözüm yoxdu! Azarkeşlərə təşəkkür edirəm".
+  -  Çap 
Yerləşdirilib: 03.02.10 | Baxılıb: 236

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •