Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qaqonun adaya gəlişi baş tutmadı
"Mançester Siti" ortabablarla kifayətlənməli oldu

Hələ dekabrda "Mançester Siti"nin qış "transfer pəncərəsi" dövründə heyətini bir sıra məşhur futbolçularla gücləndirəcəyi haqda şayiələr səngimirdi. Amma İngiltərə klubu yalnız bir neçə, belə desək, ortabab futbolçularla kifayətlənməli oldu. "Şəhərlilər" yanvarın 31-də Adam Consonu sıralarına qatıb. İngiltərə gənclər yığmasının şərəfini qoruyan bu futbolçu əvvəlki klubu "Midlsbro"nu 7 milyon funt-sterlinq irəli salıb. A.Conson yeni klubuyla 2014-cü ilin iyununa qədər müddəti nəzərdə tutan anlaşma imzalayıb. Maraq üçün qeyd edək ki, Consonun transferi yanvarda Premyer Liqa klublarının imza atdığı ən bahalı keçiddir. "M.S."-nin çalışdırıcısı Roberto Mançini ötən ay Fernando Qaqonu da sərəncamında görmək istəyirdi. İngilislər bu məqsədlə "Real"a rəsmi müraciət etmişdi. İlkin təklif geri çevrildiyindən britaniyalılar növbəti dəfə madridlilərə üz tutmalı olub. Sonuncular isə 23 yaşlı argentinalını 16 milyon avro əvəzində İngiltərəyə buraxmağa razılıq verib. İspaniya klubunda müntəzəm yaşıl meydana çıxa bilməməsindən gileylənən Qaqo mundial ərəfəsində lazımi oyun praktikası qazanmaq niyyətində idi. "M.S." demək olar ki, onun keçidini həll etsə də, "transfer pəncərəsi"nin bağlanmasına qədər müvafiq sənədləri İngiltərə Futbol Assosiasiyasına çatdıra bilməyib. Bununla da gənc futbolçunun "Real"da qalacağı məlum olub.
+  -  Çap 
Yerləşdirilib: 03.02.10 | Baxılıb: 223

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •