Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Zolaya müydə
"Vest Hem" Benedikt Makkarti, İlan və Əhməd Hossam kimi futbolçuları transfer edib

Canfranko Zola hələ ötən ilin son aylarında komandasının güclənməyə ehtiyac duyduğunu təkrarlamaqdan yorulmurdu. İtaliya mütəxəssis əks halda İngiltərə Premyer Liqasında qalmaq vəzifəsinin öhdəsindən gələ bilməyəcəklərinə işarə vururdu. Özünün də baş məşqçi postunda nə qədər çalışacağı bilinməyən ötənlərin məşhur hücumçusunun rəhbərliyə saysız-hesabsız mesayları böyük ölçüdə bəhrə verib. "Vest Hem" qış "transfer pəncərəsi" dövründə heyətini bir çox tanınmış futbolçularla gücləndirə bilib: "çəkicdöyənlər" Benedikt Makkarti, İlan və Əhməd Hossam kimi tanınmış futbolçuları sıralarına cəlb edib. Maraqlıdır ki, onlar "transfer pəncərəsi"nin bağlandığı gün - yanvarın 31-də London klubunun düşərgəsində peyda olub. Özü də gələnlərin hamısı ampluasına görə hücumçudurlar. CAR millisinin forvardı Makkarti "Blekbern"i azad agent kimi tərk edərək londonlularla 2,5 illik müqavilə bağlayıb. 32 yaşlı futbolçunun cari mövsümdə meydana çıxdığı 16 oyunda 4 qol vurduğunu xatırladaq. "Vest Hem"ə qoşulan digər forvard İlandır. "Sent-Etyen"lə müqaviləsini pozan 29 yaşlı braziliyalı yeni klubuyla hələlik 6 aylıq müqavilə bağlasa da, yayda ikiillik sözləşməyə də imza atmaq şansına malikdir. Sözsüz ki, İlan bunun üçün məşqçilərin etimadını tam doğrultmalıdır: "Vest Hem"də qərar tutduğuma görə çox məmnunam. Yeni komandamın sıralarında mümkün qədər çox oyun keçirmək istəyirəm. İngilislərdən aldığım təklifi qəbul etmək elə də çətin olmadı. Axı İngiltərə dünyanın ən güclü milli çempionatlarından birinə sahibdir".
"Çəkicdöyənlər" Əhməd Hossama görə də pul xərcləməyib. Onlar misirli hücumçunu "Midlsbro"dan icarəyə götürüb. "Mido" ləqəbiylə də tanınan təcrübəli futbolçu qarşıdakı 4 ayda özünü göstərməyə çalışacaq: "İngiltərə Premyer Liqasına qayıtmaq naminə çox şeyi qurban verməli olmuşam. Yenidən bu liqada oynamağa layiq olduğumu sübut etməkdə qərarlıyam". Xatırladaq ki, Əhməd 2007-ci ildə "Midlsbro"yla dördillik müqavilə bağlamışdı. Bu klub 3 il əvvəl ona görə "Tottenhem"ə 6 milyon funt-sterlinq ödəmişdi. "Mido" bir il əvvəl icarə qaydasıyla "Viqan"a keçmiş, "Midlsbro"nu Premyer Liqanı tərk edəndən sonra isə eyni statusla doğma klubu "Zəmələk"ə qayıtmışdı. Misir təmsilçisi mövsümün sonunda onun transfer hüququna yiyələnmək şansına malik idi. Amma "Zəmələk"in heyətində meydana çıxdığı 15 oyunda yalnız bir qol vurması "Mido"nun yenidən İngiltərədə peyda olmaq şansını artırıb.
+  -  Çap 
Yerləşdirilib: 03.02.10 | Baxılıb: 238

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •