Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Rauf Mehdiyevdən yeni seçim
Bir ay əvvəl "İnter"ə keçən qapıçı indi də "Karvan"la anlaşıb

Azərbaycan yığmasının qapıçısı Rauf Mehdiyev Bakının "İnter" klubunu tərk edib. Bu haqda apasport.az saytına futbolçunun özü məlumat verib. 34 yaşlı qapıçı bildirib ki, karyerasını Yevlaxın "Karvan" klubunda davam etdirəcək: "Karvan"a keçidim bu gün (dünən -red.) rəsmiləşib. Bu komanda məni heyətində görmək istəyirdi. Ancaq "İnter"lə Türkiyədə təlim-məşq toplanışında olduğumdan danışıqlar Bakıya qayıdandan sonraya qalmışdı. Vətənə dönəndən sonra keçidim həll olundu. "İnter" əla komandadır. Ancaq karyeramı "Karvan"da davam etdirməyi daha üstün tutdum. "Karvan" özünə görə yaxşı komandadır. İndi autsayderdirsə, sabah turnir cədvəlində yuxarı yerdə ola bilər. Qış fasiləsində bir sıra təcrübəli futbolçularla güclənən Yevlax təmsilçisi yaxşı potensiala malikdir. Belə komandaya keçidi özüm üçün problem saymıram" - deyə R.Mehdiyev bildirib. Qapıçı yeni komandasında icarə əsasında oynamayacağını bildirib: "Mən bu komandaya birdəfəlik keçdim. "İnter"lə danışdım və onlar məni sərbəst buraxmağa razılıq verdilər. "Karvan"la cari mövsümün sonuna qədər anlaşmışam. "İnter"də məndən başqa 4 qapıçı var idi. Düzdür, braziliyalı Yunior Vilson zədəli olduğu üçün hazırlıq prosesindən kənarda qalmışdı. Türkiyədə təlim-məşq toplanışında mənimlə bərabər gürcü Georgi Lomaya ilə yığmamızın qapıçısı Səlahət Ağayev idi".
+  -  Çap 
Yerləşdirilib: 03.02.10 | Baxılıb: 203

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •