Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Mircavadov "Standard"dan çəkinir
"Oyunçularla bu məsələ barədə ciddi söhbət etmişəm"

"Bizi "Standard"la heç də asan sınaq gözləmir. Bu komandanın turnir cədvəlinin sonunda yer alması oyuna ciddi yanaşmamağımıza əsas vermir". Bu fikirləri apasport.az saytına açıqlamasında "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Premyer Liqada 38 günlük fasilədən sonra ilk oyununu bu gün öz meydanında "Standard"la keçirəcək lənkəranlılar növbəti qələbəni qazanmağa iddialıdır. A.Mircavadov fasilədən sonra ilk oyunların həmişə ağır olması ilə razılaşır: "Aydın məsələdir ki, bu, həmişə belədir. Təlim-məşq toplanışından yeni gəlmisən, futbolçularda ağır məşqlərdən sonra yorğunluq var. Bu, əzələlərin ağır yüklənməsi ilə bağlıdır. Bundan əlavə, komandamıza çoxlu yeni futbolçular olduğundan uyğunlaşmağa vaxt lazımdır. Xətlər arasında əlaqə hələ istənilən səviyyədə deyil. Oyun praktikasının azlığı da öz sözünü deyə bilər. Çempionatda oyunlar ardıcıl davam edəndə belə problem olmur. Ancaq fasilələrdə komandanın oyunu ritmdən çıxır. Bütün bunları nəzərə alsaq, ilk oyunlar çətin alınır və biz də ciddi hazırlaşırıq. "Standard"la oyunu məşq prosesimizi əvvəlki oyunlara olduğu kimi qurmuşuq. Yəni bunu başqa görüşlərdən ayırmırıq".
Heyətlə bağlı problemləri olmayan A.Mircavadov "Standard"la oyun öncəsi psixoloyi hazırlığa xüsusi diqqət yetirir: "Futbolçular autsayderlə oynadıqları arxayınlaşmamalıdır. Elə bu məsələ ilə bağlı onlarla ciddi söhbətləşmişəm. "Standard" həmişə baxımlı oyun nümayiş etdirib. Komandanın qalib gəldiyi "Qarabağ"la son yoxlama oyununu görməsəm də, nəticəni eşitmişəm. "Standard" yaxşılığa doğru çox dəyişib. Bunda da baş məşqçi Böyükağa Hacıyevin əməyi böyükdür. O, yaxşı komanda qurması ilə seçilən mütəxəssisdir. Bizimlə təkcə Böyükağa Hacıyevlə yox, bütün komandaların oyunları maraqlı alınır".
Qeyd edək ki, A.Mircavadov ilk dövrədə litvalı Valdas İvanauskasın baş məşqçisi olduğu "Standard"ı Sumqayıtda honduraslı hücumçusu Allan Lalinin dublu sayəsində 2:1 hesabı ilə məğlub edib.
+  -  Çap 
Yerləşdirilib: 03.02.10 | Baxılıb: 197

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •