Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycanda vərəmlə bağlı problemlər qalmaqdadır
Elcan Məmmədbəyov: "Bütün müalicə, müayinə və dərmanlar, eləcə də həkimin zəhməti pulsuzdur"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 8 milyon insan vərəmlə xəstələnir. Hər il təxminən 2 milyon insan vərəm xəstəliyi nəticəsində dünyasını dəyişir. Hər saniyə ərzində yer üzündə kimsə vərəm çöpləri ilə yoluxur. Hal-hazırda Yer kürəsi əhalisinin üçdə bir hissəsi vərəm çöpləri ilə yoluxub. Təhlükəli yoluxucu xəstəlik hesab edilən vərəm mikrobakteriya tərəfindən törədilir. Amma insan səhhəti üçün kifayət qədər təhlükəli vəziyyət yaradan bu xəstəlikdən tamamilə müalicə olunmaq və ya ona heç yoluxmamaq da mümkündür. Bunun üçün isə sadəcə xəstəliyin yaranma yollarını, yayılma səbəblərini bilmək, eyni zamanda mütəxəssisə gecikmədən müraciət etmək yetər. Yetərli olmayan isə hələki əhalinin bu sahədə məlumatsızlığıdır. Məhz bu məsələyə diqqəti çəkmək üçün Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası (ASKA) "Azərbaycanda vərəmin səmərəli profilaktikası və müalicəsi üçün kommunikasiya materiallarının hazırlanması"na başlayır. "Total E&P Azerbaiyan V. P." şirkəti tərəfindən maliyyələşdirilən və Vərəm Əleyhinə Milli Proqram ilə əməkdaşlıqda hazırlanan layihənin dünən Azərbaycan Media Mərkəzində təqdimatı keçirilib. Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının idarə heyətinin sədri Nurlan Əliyevin sözlərinə görə, vərəm Azərbaycanda ictimai səhiyyə üçün əsas təhlükələrdən biri olaraq qalır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatları 2007-ci ildə Azərbaycanda 6530 vərəmli xəstənin olduğunu göstərir. ÜST-ün araşdırmalarına əsasən, onlardan 36 faizi müalicə üçün çətin və bahalı olan çox dərmanlara davamlı xəstəlik formasından əziyyət çəkir. Mütəxəssislər bildirirlər ki, cəmiyyətdə vərəm barədə aşağı məlumatlıqlıq səviyyəsi xəstəliyin gec aşkar olunmasına gətirib çıxarır. İnsanlar vərəm mütəxəssisinə xəstəliyin inkişaf formasında müraciət edir ki, bu da onların müvəffəqiyyətli müalicə şanslarını aşağı salır. Gecikmiş aşkarlanma isə xəstəliyin cəmiyyətdə yayımlanmasına səbəb olur. Bu səbəbdən N.Əliyev əhalinin bu sahədə məlumatlanmasına ehtiyac olduğunu vurğulayıb: "Layihə çərçivəsində bu problemlə bağlı geniş kütlə üçün müxtəlif kommunikasiya materialları hazırlanacaq".
Vərəm Əleyhinə Milli Proqramın rəhbəri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyovun sözlərinə görə, vərəm 1993-cü ildə qlobal problem kimi bəyan edilib. O vaxtdan bu günə qədər hər bir ölkədə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən mühüm addımlar atılır: "Amma 2005-ci ildə gözlənilən uğurları əldə edə bilməyiblər. ÜST-ün fəaliyyəti sayəsində hər bir ölkədə müsbət irəliləyişlər qazanılsa da, problem indiyə qədər problem kimi də qalır. Əfsuslar olsun ki, Azərbaycanda da bu problemlər var. Amma 10 ildən az müddətdir ki, vərəm əleyhinə birinci sıra dərmanların Azərbaycana tam həcmində gətirilməsinə nail olmuşuq. Bu dərmanlarla bütün xəstələrimizi təchiz edə bilirik. Dərmanlar respublikaya bu günə qədər Almaniya və Azərbaycan hökuməti tərəfindən imzalanan sazişə uyğun olaraq gətirilir".
E.Məmmədbəyov 2009-cu ildən etibarən vərəmin çoxsaylı dərmanlara davamlı formasından əziyyət çəkənlərə yardım etdiklərindən də danışıb: "Biz emdiar xəstələrə də kömək göstəririk. Çoxsaylı dərmanlara davamlı olan həmin xəstələrin müalicəsində artıq birinci sıra dərmanlar təsir etmir. Onlara vərəmin bu mərhələsində istifadə edilən ikinci qrup dərman preparatlarının verilməsi vacibdir. Çox çətin iş də olsa, onun öhdəsindən gələ bilirik. Gözlənilir ki, 2010-cu ildə biz belə müalicə alan xəstələrin sayını 400-ə qaldıraq".
E.Məmmədbəyov ötən müddətdə irəliləyişlərin olduğunu da bildirib. Belə ki, 2000-ci ildə "Vərəm haqqında" qanun, Nazirlər Kabineti tərəfindən müvafiq fərmanlar imzalanıb. Son il ərzində - 2009-cu ilin iyunundan isə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində Milli İstinad Laboratoriyası (referens laboratoriya) fəaliyyətə başlayıb. Laboratoriya respublikada dərmanlara həssaslıq testlərinin müasir standartlara uyğun müayinəsini həyata keçirir: "Bu müddətdə çoxlu müayinələr aparmışıq. 1670 mikroskopiya olunub, 400-ə qədər əkmələr aparılıb, həssaslığa, davamlılığa görə 200 müayinə edilib. Bu rəqəmlər az görünə bilər. Amma bir əkmə iki ay ərzində həyata keçirilir. 52 günə isə dərmanın həssaslığı, davamlılığı müayinə edilir". Milli Proqramın rəhbəri vərəmlə mübarizədə Azərbaycana beynəlxalq təşkilatların kömək etdiyini də vurğulayıb. Onun sözlərinə görə, belə təşkilatlardan biri olan ÜST tərəfindən 2005-ci ildən Vərəmi Dayandırma Strategiyası bəyan edilib: "Bu strategiya 2015-ci ilə qədər həyata keçiriləcək". Azərbaycanda vərəmlə mübarizə sahəsində islahatların davam etdiyini də deyən E.Məmmədbəyovun sözlərinə görə, vərəm əleyhinə dispanserlərdə bunun şahidi olmaq olar: "Naxçıvanda, Zaqatalada, Qubada, Masallıda və s. bölgələrdə yeni tipli dispanserlər tikilir. Bu müəssisələr bəlğəm nümunələrinin mikroskopik müayinəsi məqsədi daşıyan bakterioloyi laboratoriyalarla təchiz ediləcək. Çoxsaylı dərmanlara davamlı xəstələrimiz bu dispanserlərdə də müalicə ediləcək".
Vərəm Əleyhinə Milli Proqramın rəhbəri əhalinin məlumatsızlığını da diqqətə çatdırıb: "Sorğularımız göstərir ki, bu sahədə əhalinin biliyi çox azdır. Onların sanitar biliklərini artırmaq, vərəmin ilkin simptomları barədə məlumat vermək lazımdır. Əhalidə belə bir fikir var ki, hər bir müalicəni pulla etmək lazımdır. Elə deyil. Azərbaycanda vərəm əleyhinə bütün müalicə, müayinə və dərmanlar, eləcə də həkimin zəhməti pulsuzdur".
Layihənin əlaqələndiricisi Cəmilə Əzizova isə layihə barədə məlumat verib: "Layihənin məqsədi məlumatlığı artırmaqdır. Bunun üçün isə auditoriya olaraq əhali və vərəmli xəstələr seçilib. İnanırıq ki, layihənin sonunda qarşımıza qoyduğumuz məqsədə çata biləcəyik".
Vərəmin əlamətlərinə gəlincə, yoluxmuş insanda iki həftədən artıq öskürək, tez yorulma, iştahsızlıq, arıqlama və gecə tərləmələri, eləcə də iki həftədən artıq davam edən qızdırma müşahidə edilir. Vərəm irsən keçən xəstəlik hesab olunmur. Ona yalnız yoluxmaq olur ki, vərəm xəstəliyinə yoluxan insanların da təxminən 10 faizi xəstələnir. Vərəm xəstəliyi insan bədəninin hər bir orqanına toxuna bilər, amma əksər hallarda bu xəstəlik ağciyəri zədələyir. Vərəmin bu forması daha təhlükəlidir. Belə ki, havaya ifraz olunan mikobakteriyaların xəstə adamdan sağlam adama keçmək təhlükəsi yüksəkdir.
İnsanlar arasında xəstələnmə riskinə gəlincə, yoluxucu vərəmli xəstələr ilə mütəmadi sıx əlaqədə olan insanlar, xroniki xəstəlik, o cümlədən ağciyər xəstəliyi, şəkərli diabet, xora xəstəliyi olanlar xəstəliyə daha həssasdırlar. Bundan başqa, pis həyat şəraiti və keyfiyyətsiz qidalanma nəticəsində orqanizminin müdafiəsi zəifləmiş insanlar, HİV/QİÇS xəstəliyinə yoluxanlar, siqaret çəkən, çoxlu alkoqol, narkotik maddələr qəbul edən insanlar və miqrantlar arasında da yoluxma riski daha yüksəkdir. Vərəmin müalicəsi iki fazada - intensiv və davamedici (ambulator) şəkildə aparılır.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 03.02.10 | Baxılıb: 309

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •