Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycanın dünyada tanıdılmasında gənclərin rolu böyükdür
"Gənclər: imkanlar, nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib

31 noyabr 1995-ci ildə Heydər Əliyev tərəfindən imzalanan fərman əsasında 2 Fevral Azərbaycan Gənclər Günü kimi qeyd olunur. Dünən bu münasibətlə "Gənclər: imkanlar, nailiyyətlər və perspektivlər" mövzusunda konfrans təşkil olunub. Tədbirə Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının (AGTMŞ) sədri, millət vəkili Fuad Muradov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, gənclər və idman nazirinin müavini İntiqam Babayev və bir çox təşkilatın nümayəndələri qatılıb.
Öncə AGTMŞ-nin sədri Fuad Muradov bütün Azərbaycan gənclərini bu bayram münasibətilə təbrik edib. O, Azərbaycan gənclərinin dünya ölkələri arasında və beynəlxalq layihələrdə çox yüksək səviyyədə çıxışının mərhum prezidentimiz Heydər Əliyevin və indi isə onun layiqli davamçısı olan İlham Əliyev cənablarının gənclərə göstərdiyi yüksək dəstəyindən irəli gəldiyini söyləyib. Azərbaycanın gənc bir ölkə olduğunu, buna baxmayaraq, dünya ölkələri arasında layiqli bir yer tutduğunu bildirən F.Muradov bu uğurlarda gənclərimizin rolunun böyük olduğunu vurğulayıb. Daha sonra çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, Azərbaycanda perspektivli və bacarıqlı gənclər çoxdur: "Biz daima onların arxasındayıq". O, gənclərin dövlətimizi dünya miqyasında yüksək səviyyədə təmsil etməsi üçün hər bir yardımın göstərildiyini vurğulayıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə geriyə baxdığımız zaman gördüyümüz işlərə qiymət verə bildiyimizi deyib. Son 3 ildə Azərbaycan gəncləri Avropada öz liderliyini qoruyub saxlayır: "Cəmiyyətimizin formalaşmasında gənclərimizin rolu böyükdür. Onlar Azərbaycan həqiqətlərini dünya ölkələrinə çatdırmaq üçün çalışırlar. Azərbaycan gənclərinin Avropa ölkələrinə nümunə kimi göstərilməsi bizim üçün sevindirici bir haldır".
Tədbir Azərbaycan gəncləri haqqında videofilmlərin nümayişi ilə başa çatıb.

İlkin MURADOV
+  -  Çap 
Yerləşdirilib: 03.02.10 | Baxılıb: 434

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •