|
Vergilər Nazirliyinin bir sıra strukturlarının tərkib quruluşu, ştat vahidlərinin say və bölgüsündə dəyişiklik edilib. Bu barədə "APA-Economics"ə Vergilər Nazirliyindən məlumat verilib. Vergilər naziri Fazil Məmmədovun imzaladığı əmrlə Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin 1, 2 və 3 saylı filialları ləğv edilib. Ləğv olunmuş filialların ştat vahidlərinin bir qismi hesabına Bakı şəhəri Vergilər Departamentinin "Vergi borclarının məcburi almması idarəsi", "Bəyannamələrin qəbulu və işlənməsi idarəsi" və "Vergi ödəyicilərinə xidmət idarəsi" yaradılıb. Həmçinin Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin yeni tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiqlənib.
|