|
Bolqarıstan və Türkiyə iki ölkə arasında qaz kəmərini əks istiqamətdə istismarı barədə razılığa gəliblər ki, bu da Balkan ölkəsinə Türkiyə, Azərbaycan və Türkmənistandan qaz almaq imkanı verəcək. Bu barədə APA lenta.ru-ya istinadən məlumat verir. Bolqarıstanın energetika naziri Trayço Traykovun sözlərinə görə, revers reyimi (əks istiqamət) yalnız qaz kəmərinin dayandığı halda tətbiq olunacaq. Qeyd edək ki, hazırda Bolqarıstan təbii qazı Rusiyadan gələn qaz kəməri vasitəsilə alır. Bu kəmərlə alınan qazın bir hissəsi isə Türkiyəyə ötürülür. Onu da qeyd edək ki, "qaz müharibəsi" dövründə, Ukrayna ərazisindən Avropaya qazın ötürülmədiyi iki həftə ərzində Bolqarıstan qaz mənbələrinin diversifikasiyası üçün bir neçə addım atıb. Məhz bundan sonra Azərbaycandan hər il 1 milyard kub/metr qaz alınması barədə müqavilə imzalanıb.
|