Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Daşkəsəndəki hərbi hissəsinin vəzifəli şəxsləri məsuliyyətə cəlb olunublar
Zakir Qaralov istintaqın dövlət başçısının gündəlik nəzarətində olduğunu bildirib

"2010-cu il yanvarın 28-də Azərbaycan Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində zabit və əsgərlərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib. Hadisə barədə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal məlumatlandırılıb və dövlət başçısının göstərişinə əsasən, Müdafiə və Milli Təhlükəsizlik nazirlikləri, Respublika Hərbi Prokurorluğunun rəhbər heyətinə daxil olan məsul şəxslər, habelə yüksək ixtisaslı mütəxəssislər hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün hadisə yerinə ezam olunublar". APA-nın məlumatına görə, bu sözləri "AzərTAc" dövlət agentliyinə açıqlamasında baş prokuror Zakir Qaralov deyib. Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla, Respublika Hərbi Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradıldığını qeyd edən baş prokuror dərhal təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin icrasına başlanıldığını bildirib: "Həmin tədbirlər bu gün də eyni intensivliklə davam etdirilir. Qeyd edilməlidir ki, dövlət başçısının gündəlik nəzarətində olan və araşdırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilən bu faciəli hadisə barədə Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu tərəfindən ictimaiyyətə ilkin məlumatlar çatdırılsa da, bu hadisədən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan ayrı-ayrı şəxslər tərəfindən kütləvi informasiya vasitələrində obyektiv reallığa əsaslanmayan qərəzli çıxışlar edilir, konkret sübutlara əsaslanmayan fərziyyələr irəli sürülməklə, ictimai rəy çaşdırılır, bununla da ağır itkilərə məruz qalmış zabit və əsgərlərin ailə üzvlərinin heysiyyatına toxunan hərəkətlərə yol verilir. Baş Prokurorluq bəyan edir ki, cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədlərinə xidmət etməklə müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük işlərə kölgə salmağa yönəlmiş bu cür qərəzli və obyektiv reallığa əsaslanmayan fikirlərin kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir və Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır".
Z.Qaralov faktla əlaqədar bəzi şəxslərin həbs olunduğunu da deyib: "Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən hərbi hissənin vəzifəli şəxsləri - divizion komandirinin müavini, mayor Vələd Qurbanov və tağım komandiri, baş leytenant Rüstəm Əhmədov 2010-cu il yanvarın 28-də tabeçilikdə olan tağım əsgərlərinə təmizləmələri üçün silahlar paylandıqdan sonra onların mühafizəsini təşkil etməyərək əsgərləri nəzarətsiz qoymaqla divizionun ərazisini tərk etmələrinə şərait yaratdıqları, habelə hərbi xidmət üzrə vəzifələrinin icrası zamanı digər sui-istifadə hallarına yol vermələri müəyyən edildiyinə görə, təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub və barələrində hərbi məhkəmənin qərarına əsasən həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq".
+  -  Çap 
Yerləşdirilib: 03.02.10 | Baxılıb: 288

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •