Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycan və Omanın xarici işlər nazirləri arasında görüş keçirilib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusuf bin Alavi bin Abdullanı qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla Oman arasında sıx əlaqələrin mövcudluğunu deyən E.Məmmədyarov münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Hər iki ölkənin bir çox beynəlxalq səviyyəli məsələlərə dair eyni mövqedən çıxış etdiyini vurğulayan nazir Oman Sultanlığının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirib. Yusif bin Alavi isə Azərbaycana 1992-ci ildə də gəldiyini və ötən müddət ərzində ölkədə sürətli inkişaf prosesinin getdiyini, Azərbaycanın əsl 21-ci əsr dövlətinə çevrildiyini söyləyib. O, ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək bunun iqtisadi, mədəni və digər sahələrə şamil edilməsinin vacibliyinə diqqət çəkib.
Tərəflər ölkələr arındakı münasibətlərin intensivləşdirilməsi üçün əlaqələri tənzimləyən hüquqi-normativ bazanın daha da gücləndirilməsinin zəruriliyinə dair razılığa gəliblər. Görüşdə habelə iki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlıq, xalqlararası təmasların gücləndirilməsi məqsədilə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin səmərəliliyi vurğulanıb.
+  -  Çap 
Yerləşdirilib: 03.02.10 | Baxılıb: 215

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •