|
Fevarlın 1-də Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində Azərbaycan Respublikası və Komor Adaları Birliyi arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb. Daimi Nümayəndəlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası və Komor Adaları Birliyi arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə tərtib olunan sənədi Azərbaycan hökuməti adından ölkəmizin BMT yanındakı Daimi Nümayəndəsi Aqşin Mehdiyev, Komor Adaları Birliyi hökuməti adından isə birliyin BMT yanındakı Daimi Nümayəndəsi Mohamed Toihiri imzalayıblar.
|