|
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ünvanı dəyişib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, artıq şuranın yeni ünvana köçməsi başa çatıb və qurum tam şəkildə fəaliyyətini davam etdirir. Şuranın yeni binası Fikrət Əmirov küçəsi, 1 ünvanında yerləşir. Məlumata görə, yeni ofisdə fəaliyyət imkanları daha geniş olacaq.
|