Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
Axtarış: 
İranın viza reyiminin ləğvi qərarı yurnalistlərə şamil edilməyəcək
"İran Azərbaycan ərazi bütövlüyü və suverenliyinə hörmət edir". APA-nın məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi söyləyib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yurnalistlərin suallarını cavablandıran nazir müavini bildirib ki, bölgədə olan problemlər ancaq regional güclər tərəfindən həll oluna bilər: "Kənar güclər bu məsələdə yalnız öz maraqlarını güdürlər".
Qeyd edək ki, H.Qaşqavi dünən Bakıda İranın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak edib. Bu binada səfirliyin konsulluq, mədəniyyət və mətbuat şöbələri yerləşəcək. Nazir müavini bildirib ki, Azərbaycana səfərində məqsəd səfirliyin binasının açılış mərasimində iştirak etmək, Ayətullah Xomeyninin 31 il əvvəl Fransadan İrana qayıdışının ildönümü ilə bağlı tədbirə qatılmaqdır. İrana səfər edəcək Azərbaycan vətəndaşları üçün viza reyiminin ləğvi ilə bağlı qərarın fevralın 1-dən qüvvəyə mindiyini deyən XİN rəsmisi Bakıda Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəyini də bildirib. Nazir müavininin sözlərinə görə, viza reyiminin ləğvi barədə qərar İrana səfər edəcək Azərbaycan yurnalistlərinə şamil edilməyəcək: "Yurnalistlər üçün viza ləğv olunmur, onlar İrana getmək üçün viza almalıdır".
H.Qaşqavi İranın səhiyyə naziri xanım Dəscidinin gələn həftə Bakıya gələcəyini deyib.
O, həmçinin qeyd edib ki, gələn ay Azərbaycan və İran parlament rəhbərlərinin görüşü olacaq.
+  -  Çap 
Yerləşdirilib: 02.02.10 | Baxılıb: 166

ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: