Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Neftçi" yeni transferlərini təqdim etdi
Tahir Süleymanov istənilən transferi reallaşdırmaq gücündə olduqlarını bildirdi

Dünən "Trend" agentliyində keçirilən mətbuat konfransında "Neftçi"nin yeni transferləri təqdim edilib. Klubun mətbuat katibi Elnur Əşrəfoğlu Azərbaycan futbolunun flaqmanı sayılan "Neftçi"nin əvvəlki uğurlu vaxtlarına qaytarmaq üçün əllərindən gələni etməyə çalışacaqlarını və yeni transferlərin bu uğurlarda böyük paya sahib olacaqlarına inandıqlarını deyib.
"Neftçi" Peşəkar Futbol Klubunun vitse-prezidenti Tahir Süleymanov klubun yeni 4 transferi - Cavid Hüseynov, Sergey Alekseyev, Valeri Abramidze və Vladimir Voskoboynikov haqqında məlumat verib. "Neftçi"nin vitse-prezidenti ilk olaraq C.Hüseynovdan başlayıb: "Biz yarımmüdafiə xəttini gücləndirmək məqsədi ilə Bakının "İnter" klubunda çıxış edən 21 yaşlı Cavidi transfer etmişik. O, həmçinin Azərbaycan yığmasının da şərəfini qoruyur. Belə prespektivli gənc futbolçunun "Neftçi"nin heyətində çıxışı bizi çox sevindirəcək. Gənc yarımmüdafiəçi "Neftçi"nin heyətində 11 nömrəli forma ilə çıxış edəcək". Sonra T.Süleymanov moldovalı legioner S.Alekseyev haqqında danışıb. 23 yaşlı futbolçu İsveçrənin "Arau" klubundan transfer olunub. Moldova yığmasının heyətində də çıxış edən S.Alekseyev 14 oyunda 4 qol vurub. S.Alekseyevin ən uğurlu çıxışı 2005-2009 mövsümündə "Şerif"in heyətində çıxış edərkən olub. O, 128 oyunda 40 qola imza atıb.
S.Alekseyev "Neftçi"nin heyətində hücumçu mövqeyində çıxış edəcək və 28 nömrəli forma ilə mübarizə aparacaq.
"Neftçi"nin digər legioneri V.Abramidze Gürcüstanın "Olimpi" klubundan transfer olunub. 29 yaşlı futbolçu Azərbaycan futbol azarkeşlərinə yaxşı tanışdır. V.Abramidze "Neftçi"də 2005-2006 və "Xəzər Lənkəran"da 2006-2007-ci illər mövsümündə forma geyib. V.Abramidze "Neftçi"nin heyətində müdafiəçi mövqeyində çıxış edəcək və öz istəyi ilə 44 nömrəli formanı geyəcək. V.Abramidze "Neftçi"nin heyətində zədəli olan Ruslan Abışov və Tural Nərimanovu əvəz etməyə çalışacaq.
Son transfer V.Voskoboynikov isə Rusiyanın "Luç-Energiya" klubundan transfer olunub. Hücumçu mövqeyindən çıxış edən V.Voskoboynikov Estoniya millisində də forma geyinib. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində millidə 8 oyun keçirən hücumçu 2 qol vurub. Bu qollardan birini Ermənistan milli komandasının qapısından keçirib. Legioner "Neftçi"nin heyətində 14 nömrəli forma ilə çıxış edəcək.
Sonra T.Süleymanov "Neftçi"də maliyyə problemlərinin olmadığını və prezident Sadıq Sadıqovun başçılığı ilə istənilən transferi etmək gücündə olduqlarını söyləyib.
"Neftçi"nin gənc futbolçuları haqqında da danışan T.Süleymanov rəsmi təklif gəlmədən heç bir transfer haqqında danışmaq istəmədiyini və yalnız Araz Abdullayevə Rusiyanın "Rubin" klubu tərəfindən rəsmi təklifin gəldiyini bildirib. A.Abdullayev indi "Rubin"də baxışdan keçirir.


İlkin MURADOV
+  -  Çap 
Yerləşdirilib: 02.02.10 | Baxılıb: 314

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •