Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
38 günlük fasilə bitdi
"Neftçi" çətin marafona başlayır

Premyer Liqada 38 günlük fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, XVIII milli çempionatda mübarizə həlledici mərhələyə qədəm qoyur. "Altılığ"a düşən komandaların adları məhz son 5 turda müəyyənləşəcək.
İddiaçıların əksərinin XVIII turda zəif rəqiblərlə görüşəcəyini nəzərə alsaq, işləri asan olacaq. Hər halda, "Bakı", "Simurq", "Xəzər-Lənkəran" və "İnter"in bu turda qələbə qazanmaq şansı böyükdür. Hələ də "altılığ"a düşmək ümidini itirməyən "Olimpik-Şüvəlan" üçün "Qəbələ" ilə görüş son şansdır. Yəni, "təyyarəçilər" turnir cədvəlində onları 8 xal qabaqlayan rəqibini evdə yenə bilməsə, "altılıq" arzularının üstündən birdəfəlik xətt çəkə bilər. Elə qəbələlilər üçün də bugünkü oyunda xal itkisi yolverilməzdir.
Ramiz Məmmədovun çalışdırdığı komanda qələbə qazanmayacağı halda, əsas rəqiblərindən xal baxımından bir qədər də geri qalmaqla, işini lap çətinləşdirəcək. Üstəlik, "Qəbələ"nin "Olimpik-Şüvəlan"la haqq-hesabı da var. Axı komandanı ölkə kubokunda mübarizədən məhz "təyyarəçilər" kənarlaşdırıb. Sözsüz ki, turun mərkəzi oyunu "Neftçi" ilə "Qarabağ" arasında olacaq. Bütün milli çempionatlarda iştirak edən komandaların növbəti derbisi də böyük maraqla gözlənilir. Oyunun çəkisini artıran amil təkcə əzəli rəqabət yox, həm də "qızıl xallar"dır. "Neftçi" ilə "Qarabağ" ilk "altılığ"a düşmək uğrunda gərgin mübarizə aparır. Rəqibindən fərqli, "ağ-qaralar"ın hələ bu vəzifəni böyük ölçüdə yerinə yetirməyiblər. Bu mənada "Neftçi" çətin marafona start verir" desək, yanılmarıq. Axı Vaqif Sadıqovun çalışdırdığı komanda qalan 5 oyundan 4-ü "altılıq"dakı rəqibləri - "Qarabağ"la yanaşı, "Bakı", "Xəzər-Lənkəran" və "İnter"lə keçirəcək. Yalnız "Karvan"la görüşü flaqman üçün asan sınaq saymaq olar.
Göründüyü kimi, hər şey "Neftçi" nin öz əlindədir və əsas rəqiblərini məğlub edəcəyi halda, hətta "qızıl xallar"da onları qabaqlamış olacaq. Həm də onu da nəzərə almaq lazımdır ki, V.Sadıqovun "Neftçi"yə qayıdışı məhz "Qarabağ"la görüşə təsadüf edib. Deməli, 51 yaşlı mütəxəssis keçmiş tələbəsi, hazırda həmkarı olan Qurban Qurbanovdan debütündəki məğlubiyyətin əvəzini çıxmalıdır. 2 fevral 14:00. "Bakı" - "Turan"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun - 1:0 14:00. "Olimpik-Şüvəlan" - "Qəbələ"
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun - 1:2 3 fevral
14:00. "Karvan" - "Simurq"
Yevlax. Şəhər stadionu
İlk dövrədəki oyun - 0:2
15:00. "Neftçi" - "Qarabağ"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun - 0:1
16:00. "Xəzər-Lənkəran" - "Standard"
Lənkəran. Mərkəzi stadion
İlk dövrədəki oyun - 2:1
16:00. "İnter" - "Muğan"
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun - 6:1
+  -  Çap 
Yerləşdirilib: 02.02.10 | Baxılıb: 282

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •