Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycanda Norveç təcrübəsi əsasında ünvan reyestri yaradılır
Qrant hesabına aparılan işlər iki mərhələdə həyata keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkədə ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi ilə bağlı tədbirlər görür. Hazırda ünvan reyestrinin tərtib edilməsi və aparılması sahəsində inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilir. Belə ki, 2007-ci ildən etibarən respublikada Norveç Xəritəçəkmə Agentliyi - "Statens Cartverk"lə "Azərbaycanda ünvan sisteminin təkmilləşdirilməsi" layihəsi həyata keçirilir. Komitədən bildirilib ki, layihənin məqsədi Azərbaycanda ünvan reyestrinin yaradılması və bu reyestrin beynəlxalq tələblərə uyğun səviyyədə aparılmasına kömək etməkdən ibarətdir. Layihə üzrə başlanğıc missiyanın həyata keçirilməsi ilə bağlı Norveç Xəritəçəkmə Agentliyinin nümayəndələri Bakıda səfərdə də olublar. Səfər bütövlükdə layihənin icrasının, kommunikasiya qaydasının, layihənin icrası zamanı məsuliyyətlərin bölgüsünün və digər icraedici məsələlərin müzakirəsini, eyni zamanda layihə ilə bağlı professional məsləhətlərin verilməsini əhatə edib.
Norveç Xəritəçəkmə Agentliyinin nümayəndələri ilə komitədə bir neçə işgüzar görüş də keçirilib. Nümayəndə heyəti komitənin aidiyyatı qurumlarında ünvan reyestrinin aparılması ilə bağlı görülən işlərlə əyani şəkildə tanış olublar. Komitənin əməkdaşları ilə keçirilmiş görüşlərdə ünvan reyestrinin yaradılması, onun mövcud vəziyyəti, strukturu və tərkibi, ünvan reyestrinin aparılmasındakı çətinliklərin aradan qaldırılması və gözlənilən nəticələr barədə fikir mübadiləsi aparılıb. Komitə əməkdaşları üçün Norveçdə mövcud olan ünvan reyestri barədə təqdimat da keçirilib. Keçirilmiş görüşlərdə layihənin gələcək iş proqramı, habelə layihənin gedişatı üçün görüləcək işlərin planları və vaxtları müzakirə edilib.
Mənbədən bildirilib ki, "Azərbaycanın ünvan sisteminin təkmilləşdirilməsi" layihəsi Norveç hökuməti tərəfindən ayrılmış vəsait hesabına həyata keçiriləcək. Bu məqsədlə Norveç hökuməti tərəfindən üç milyon Norveç kronu məbləğində qrant vəsaiti ayrılması nəzərdə tutulub. 2009-cu ilin iyunundan başlayan layihənin 30 iyun 2011-ci il tarixində başa çatması gözlənilir. Qrant sazişinin təqdim edilmiş ilkin variantına əsasən ayrılacaq vəsait çərçivəsində Azərbaycanda ünvan reyestrinin yaradılması məqsədilə yalnız texniki məsləhətlərin göstərilməsi nəzərdə tutulurdu. Norveç Xəritəçəkmə Qurumunun nümayəndələri ilə aparılmış son müzakirələr nəticəsində qrant çərçivəsində ünvan reyestrinin yaradılması məqsədilə texniki spesifikasiyaların və informasiya sisteminin yaradılacağı barədə razılıq əldə edilib. Qrant çərçivəsində işlərin 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə ünvan reyestrinin yaradılmasına dair tam texniki spesifikasiyalar hazırlanacaq. Burada, həmçinin informasiya sisteminin yaradılması və texniki avadanlıqlar üzrə tələblər barədə məlumatlar öz əksini tapacaq. Bu mərhələ 2010-cu ilin fevral-iyun aylarını əhatə edəcək. İkinci mərhələdə ünvan reyestrinin yaradılmasına dair hazırlanmış texniki spesifikasiyalar və tender sənədləri əsasınsa informasiya sisteminin hazırlanması və tətbiq edilməsi nəzərdə tutulub. Bu mərhələ 2010-cu ilin iyul ayından 2011-ci ilin iyun ayına qədər olan dövrü əhatə edəcək. HƏQİQƏTKomitədən bildirilib ki, layihənin məqsədi Azərbaycanda ünvan reyestrinin yaradılması və bu reyestrin beynəlxalq tələblərə uyğun səviyyədə aparılmasına kömək etməkdən ibarətdir. Layihə üzrə başlanğıc missiyanın həyata keçirilməsi ilə bağlı Norveç Xəritəçəkmə Agentliyinin nümayəndələri Bakıda səfərdə də olublar. Səfər bütövlükdə layihənin icrasının, kommunikasiya qaydasının, layihənin icrası zamanı məsuliyyətlərin bölgüsünün və digər icraedici məsələlərin müzakirəsini, eyni zamanda layihə ilə bağlı professional məsləhətlərin verilməsini əhatə edib.
Norveç Xəritəçəkmə Agentliyinin nümayəndələri ilə komitədə bir neçə işgüzar görüş də keçirilib. Nümayəndə heyəti komitənin aidiyyatı qurumlarında ünvan reyestrinin aparılması ilə bağlı görülən işlərlə əyani şəkildə tanış olublar. Komitənin əməkdaşları ilə keçirilmiş görüşlərdə ünvan reyestrinin yaradılması, onun mövcud vəziyyəti, strukturu və tərkibi, ünvan reyestrinin aparılmasındakı çətinliklərin aradan qaldırılması və gözlənilən nəticələr barədə fikir mübadiləsi aparılıb. Komitə əməkdaşları üçün Norveçdə mövcud olan ünvan reyestri barədə təqdimat da keçirilib. Keçirilmiş görüşlərdə layihənin gələcək iş proqramı, habelə layihənin gedişatı üçün görüləcək işlərin planları və vaxtları müzakirə edilib.
Mənbədən bildirilib ki, "Azərbaycanın ünvan sisteminin təkmilləşdirilməsi" layihəsi Norveç hökuməti tərəfindən ayrılmış vəsait hesabına həyata keçiriləcək. Bu məqsədlə Norveç hökuməti tərəfindən üç milyon Norveç kronu məbləğində qrant vəsaiti ayrılması nəzərdə tutulub. 2009-cu ilin iyunundan başlayan layihənin 30 iyun 2011-ci il tarixində başa çatması gözlənilir. Qrant sazişinin təqdim edilmiş ilkin variantına əsasən ayrılacaq vəsait çərçivəsində Azərbaycanda ünvan reyestrinin yaradılması məqsədilə yalnız texniki məsləhətlərin göstərilməsi nəzərdə tutulurdu. Norveç Xəritəçəkmə Qurumunun nümayəndələri ilə aparılmış son müzakirələr nəticəsində qrant çərçivəsində ünvan reyestrinin yaradılması məqsədilə texniki spesifikasiyaların və informasiya sisteminin yaradılacağı barədə razılıq əldə edilib. Qrant çərçivəsində işlərin 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə ünvan reyestrinin yaradılmasına dair tam texniki spesifikasiyalar hazırlanacaq. Burada, həmçinin informasiya sisteminin yaradılması və texniki avadanlıqlar üzrə tələblər barədə məlumatlar öz əksini tapacaq. Bu mərhələ 2010-cu ilin fevral-iyun aylarını əhatə edəcək. İkinci mərhələdə ünvan reyestrinin yaradılmasına dair hazırlanmış texniki spesifikasiyalar və tender sənədləri əsasınsa informasiya sisteminin hazırlanması və tətbiq edilməsi nəzərdə tutulub. Bu mərhələ 2010-cu ilin iyul ayından 2011-ci ilin iyun ayına qədər olan dövrü əhatə edəcək.

HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 02.02.10 | Baxılıb: 336

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •