|
Sumqayıt sakini "iş başında" yaxalanıb
Sumqayıtda silah satışının qarşısı alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Elmar Qədimov "iş başında" yaxalanıb. E.Qədimovdan 1 ədəd qumbaranı, 1 ədəd "ZDP" partlayıcı maddəni, 151 ədəd müxtəlif çaplı gülləni, 1 ədəd alışdırıcını, 6 ədəd güllə darağını və 1 ədəd kabura götürülüb. E.Qədimov əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırmalar aparılır.
|