|
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 37 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 29-u "isti izlər"lə açılıb. Həmçinin, ötən günlərdən bağlı qalan 3 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.
|