Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Paytaxtda iki avtobus toqquşub
5 nəfər dünyasını dəyişib

Dünən paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Binəqədi rayonu ərazisində baş verib. Rayonun Binəqədi yolu, Poladəritmə zavodunun yaxınlığında 165 saylı iritutumlu avtobus 106 saylı avtobusla toqquşub. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, qəzada 5 nəfər dünyasını dəyişib. Ölənlər "Daewoo" markalı 106 nömrəli marşrutun sürücüsü, 1954-cü il təvəllüdlü Ramiz Seyfullayev, 165 nömrəli, "İveco" markalı marşrutun sürücüsü, 1967-ci il təvəllüdlü Ağababa Əhmədov, sərnişinlər - 1950-ci il təvəllüdlü Minəxanım Quliyeva, 1983-cü il təvəllüdlü Murad Məlikov və 1960-cı il təvəllüdlü Sabir Zəkəriyyəyevdir. Qəza zamanı xəsarət alan üç nəfər - 33 yaşlı Namiq Şirinov, 35 yaşlı Tərzan və 37 yaşlı Tərlan Aydınov Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Tərzan və Tərlan Aydınov qardaşlarına ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, xilasedicilər yol-nəqliyyat hadisəsində dünyasını dəyişən şəxslərin cəsədlərini avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, yanacaq-sürtgü materiallarının ətrafa dağılması nəticəsində baş verə biləcək təhlükənin qarşısını almaq məqsədilə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
İlkin araşdırmalara görə, hadisənin baş verməsinə yüksək sürət səbəb olub və faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır.
+  -  Çap 
Yerləşdirilib: 02.02.10 | Baxılıb: 210

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •