|
Məhkəmənin hökmü ilə Elnur Kərimov 12 il müddətinə azadlıqdan məhrum edilib
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə qardaşını qətlə yetirən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Qəbələ rayon sakini Elnur Kərimov cavab verib. E.Kərimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. İttihama görə, 2009-cu ilin oktyabrında E.Kərimov münaqişə zəminində qardaşı Seymur Kərimovu bıçaqlayıb. Nəticədə ağır xəsarətlə xəstəxanaya yerləşdirilən S.Kərimov orada dünyasını dəyişib. Məhkəmənin hökmü ilə E.Kərimov 12 il müddətinə azadlıqdan məhrum edilib.
|