Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Misirdə Azərbaycan Mədəniyyət günləri başa çatıb
Xəbər verdiyimiz kimi, yanvarın 24-dən 28-dək Misir Ərəb Respublikasında Azərbaycan Mədəniyyət günləri keçirilib. 77 nəfərdən ibarət nümayəndə heyətinin rəsmi tərkibinə Bakı Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov daxil olub. Azərbaycan Mədəniyyət günlərinə Qahirə Opera Evində yaşlı, orta və gənc Azərbaycan rəssamlarının rəngkarlıq əsərlərindən ibarət və Şahid Həbibullayevin şəxsi kolleksiyasından seçilən 110 eksponat - mis qablar sərgisiniun açılışı ilə start verilib. Daha sonra təntənəli açılış mərasimi keçirilib və mərasim Azərbaycan incəsənət ustalarının möhtəşəm konserti ilə davam etdirilib. Mərasimdə Əlikram Əliyev tədbir iştirakçılarını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından salamlayaraq, iki ölkə arasındakı mədəni əlaqələrin inkişafından danışıb. Misir Mədəniyyət Nazirliyinin rəsmisi Hüssam Nasra da vurğulayıb ki, ölkələrimiz, mədəniyyətlərimiz arasında bəzi oxşarlıqlar mövcuddur. Bu da xalqlarımızın yaxınlaşması üçün möhkəm zəmin yaradır. Sonra Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər. Konsert proqramında Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Dövlət Kamera Orkestrinin ifasında Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Süleyman Ələskərovun, Tofiq Quliyevin əsərləri səslənib, bənzərsiz Azərbaycan muğamları, aşıq musiqisi, Azərbaycan rəqsləri və solo ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdə Xalq artistləri Azər Zeynalov, Nəzakət Teymurova, Mənsum İbrahimov, Əməkdar artist Gülnaz İsmayılova, Aşıq Samirə Əliyeva, Əməkdar artistlər tarzən Elçin Həşımov, kamança ustası Elnur Əhmədov, qarmon ifaçısı Etibar Qasımbəyli, Xalq artisti Təranə Muradova və başqaları çıxış ediblər. Xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblı üzvlərinin məharətlə ifa etdikləri rəqslər həmişəki kimi bütün salonun coşqusuna səbəb olub.
Konsertdən sonra Qalyubeya vilayətinin qubernatoru Ədil Hüseyn bildirib ki, burada hamı Azərbaycan mədəniyyətinin təntənəsinin şahidi oldu. O, Azərbaycanın qədim mədəniyyətini təcəssüm etdirən sərginin və konsertin Qalyubeya əyalətində də nümayiş olunmasını arzulayıb. Misirin Azərbaycandakı keçmiş səfiri Əhməd əl-Şərkavi iki ölkə arasındakı əlaqələrin böyük tarixə malik olduğunu bir daha vurğulayaraq, bundan öncə Bakıda Misir Mədəniyyəti günlərinin keçirildiyini, bu gün isə Azərbaycan Mədəniyyət Günlərinin açılışında iştirak etməyin onlar üçün böyük şərəf olduğunu söyləyib.
Qahirədə Mədəniyyət günlərinin iştirakçıları Qahirə şəhərinin və Misir Mədəniyyət Nazirliyinin rəsmiləri, Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov - şəhərin gözəl guşələrinin birində yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin abidəsi önünə əklil qoyublar.
Azərbaycan Mədəniyyət günləri Misirin digər qədim şəhəri İsgəndəriyyədə davam edib. Əvvəlcə İsgəndəriyyə Kitabxanasının rəhbərliyi Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvlərini bu unikal kitabxana ilə, onun qədim əlyazmaları, təkrarsız eksponatları saxlanan muzeyi ilə tanış edib. Sonra yeddi yüz illik tarixi olan Seyyid Dərviş Opera Evində Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert keçirilib. Konsert İsgəndəriyyə şəhərində də eyni heyranlıqla qarşılanıb.
Azərbaycan nümayəndə heyəti Mədəniyyət günləri çərçivəsində Misirdə təhsil alan tələbələrlə görüşüb, Misir Tarix Muzeyini, Qahirədən bir neçə kilometr aralıda yerləşən Misir Ehramlarını ziyarət ediblər.


Təranə
+  -  Çap 
Yerləşdirilib: 02.02.10 | Baxılıb: 255

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •