Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Nikah bağlayan gənclərin sayı 12 faiz artıb
Narkotiklərlə bağlı cinayətlərdə iştirak etmiş gənclərin sayı isə enib

Fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 2010-cu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişilər, 51 faizi isə qadınlardır. Son beş ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9 faiz artıb və bütövlükdə doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb. 2009-cu ildə ölkədə nikaha daxil olanların 75,1 faizini də gənclər təşkil edib. Son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artıb. Ölkə üzrə ilk dəfə nikaha daxil olanlara gəlincə, kişilər üzrə orta yaş 27, qadınlar üzrə orta yaş isə 23-dür. 2009-cu ildə erkən nikaha (18 yaşa qədər) daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4 faiz artaraq 6,9 faizə çatıb. Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı rayonlarında erkən yaşda nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur. Boşananların arasında isə gənclərin xüsusi çəkisi 22,6 faizdir.
Komitədən gənclərin sağlam həyat tərzi sürmələri, idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün ölkədə geniş şərait yaradıldığı da vurğulanıb: "Hər il yeni idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları və digər obyektlər tikilib istifadəyə verilir. Ötən il bütün beynəlxalq yarışlarda gənc idmançılarımız tərəfindən 619, o cümlədən 249 qızıl, 176 gümüş, 194 bürünc medal qazanılıb. Onlardan 174-ü olimpiya idman növləri üzrə olan medallardır. Komitə tərəfindən aparılan statistik müayinələrin nəticələrinə görə, bu gün gənclərin 93 faizi öz sağlamlığını yaxşı qiymətləndirir".
Qurumun araşdırmalarına görə, gənclərin təhsil səviyyəsi də ilbəil artır. Belə ki, cari tədris ilinin əvvəlinə Azərbaycanda 53 min tələbənin orta ixtisas təhsili aldığı 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. 37 dövlət və 16 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alan tələbələrin sayı isə 138 min nəfər təşkil edir: "Son 5 ildə orta ixtisas təhsil müəssisələrində təqaüdlərin məbləği 7 dəfə, ali təhsil müəssisələrində isə bakalavr və magistrlərin təqaüdləri müvafiq olaraq 6 və 5 dəfə artırılıb".
DSK-nın göstəriciləri xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan gənclərinin sayının da ilbəil artdığını göstərir. Son 5 ildə dövlət xətti ilə xaricdə oxuyan azərbaycanlı tələbələrin sayı 2 dəfə artaraq 2081-ə çatıb. Onlardan 57 faizi Bakı şəhərinin orta məktəblərinin, 43 faizi isə digər şəhər və rayonların orta məktəblərinin məzunlarıdır: "Ölkənin elmi potensialında gənclərin sayında da artım müşahidə olunur. Hazırda elmi müəssisələrdəki tədqiqatçıların 18 faizini gənclər təşkil edir".
Ötən müddətdə narkotiklərlə bağlı cinayətlərdə iştirak etmiş gənclərin sayında isə azalma qeydə alınıb. Bu göstərici 2004-cü ildəki 25,8 faizdən 2009-cu ildə 23,5 faizə enib. Qurumun araşdırmalarına görə, buna səbəb Azərbaycanda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, gənclərin idmanla məşğul olması üçün hərtərəfli şərait yaradılması və sağlam həyat tərzinin geniş təbliğidir.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 02.02.10 | Baxılıb: 330

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •