Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Proporsional seçki sisteminin bərpasına zərurət yoxdur
Ziyafət Əsgərov: "Bu təklifləri referendumdan əvvəl vermək lazım idi"

Milli Məclisin dünən keçirilən iclasında Seçki Məcəlləsinin təkmilləşdirilməsi, proporsional seçki sisteminin bərpası və yurnalistlərə qarşı məhkəmə iddiaları ilə bağlı məsələlər qaldırıldı. Müsavat deputat qrupunu təmsil edən millət vəkili Pənah Hüseyn dedi ki, yaxın vaxtlarda Azərbaycanda həbsdəki qəzet redaktorlarının sayı arta bilər. Belə halların qarşısının alınması üçün Milli Məclis tezliklə "Diffamasiya haqqında" qanunu qəbul etməlidir.
Millət vəkili İkram İsrafil parlament seçkiləri ərəfəsində Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac olduğunu bildirdi. Onun sözlərinə görə, seçkilərə qədər proporsional seçki sistemi də bərpa olunmalıdır.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu təkliflərin əleyhinə çıxdı. O qeyd etdi ki, hazırda qüvvədə olan Seçki Məcəlləsi ilə indiyədək bir neçə dəfə azad və ədalətli seçkilər keçirilib və bundan sonra da bunu etmək mümkündür. "Hər dəfə seçki öncəsi bütün məsələləri kənara qoyub Seçki Məcəlləsindən yapışmağın yeri yoxdur. Bunu edən qüvvələr daha çox özlərinə tərəfdaş tapmalı və siyasi çəkilərini artırmalıdırlar" - deyə millət vəkili vurğuladı. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov dedi ki, müxalifət nümayəndələri ötən ilin dekabrında keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı reallığa uyğun gəlməyən fikirlər səsləndirirlər. Bələdiyyələrə 16 min nəfər yeni üzv seçilməli idi və seçkidə iştirak edən partiyalar bu sayda namizəd irəli sürməliydi. Yalnız YAP bu tələbi yerinə yetirdi və yeganə olaraq partiya şəklində bu seçkilərdə iştirak etdi.
Ə.Əhmədovun sözlərinə görə, parlamentdə YAP-ın deputat korpusu da bu seçki kampaniyasında fəal iştirak etdi: "Azərbaycanın bütün bölgələrində çoxsaylı görüşlər keçirildi və nəticə də göz önündədir".
YAP sədrinin müavini xatırlatdı ki, qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq qərarlar qəbul edilib: "Seçkilərin nəticələrinə ən yüksək dəyəri seçicilər verib. Əgər Azərbaycan xalqı bələdiyyə seçkilərinin nəticələrini qəbul edirsə, bu, əsas kimi qəbul olunmalıdır"
Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı təkliflərə münasibət bildirən Ə.Əhmədov qeyd etdi ki, 1998-ci ildən seçki qanunvericiliyinə bir neçə dəfə dəyişiklik edilib: "Bəlkə də seçki qanunvericiliyinə edilən dəyişikliklər qədər heç bir qanuna dəyişikliklər olunmayıb. Hər dəfə bu ona görə edilib ki, həm beynəlxalq qurumlar, həm də müxalifət birmənalı şəkildə qəbul etməyə çalışsınlar ki, Azərbaycan hökuməti seçkilərin azad və şəffaf keçirilməsi, seçki komissiyalarının etibarlı olması üçün bütün addımları atır. Əgər müxalifət seçkidə qalib gəlməyin yolunu seçki komissiyalarının formatının öz xeyrinə dəyişməsində görürsə, bu, böyük səhvdir. Bu səhvin nəticəsində də onlar indiyə qədər uğur qazana bilməyib. Seçkinin taleyini həll edən yeganə subyekt xalqdır. İndiki format isə özünü doğruldub".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlament seçkisi ərəfəsində proporsional seçki sisteminin bərpasının mümkün olmadığını bildirdi. Onun sözlərinə görə, bunun üçün Konstitusiyaya əlavə və dəyişiklik etmək lazımdır. Bunun üçün isə referendum keçirilməlidir. Belə bir referendumun keçən ilin martında keçirildiyini xatırladan birinci vitse-spiker yaxın vaxtlarda növbəti ümumxalq səsverməsinin mümkün olmadığını dedi: "Başa düşmək lazımdır ki, gündə referendum keçirmək olmaz. Bu təklifləri referendumdan əvvəl vermək lazım idi. Əgər həmin referenduma çıxarılan məsələlər sırasında proporsional seçki sisteminin bərpası olmayıbsa, deməli, buna ehtiyac yoxdur". Z.Əsgərov əlavə etdi ki, ölkədəki siyasi partiyalar da proporsional sistemin bərpasına hazır deyillər. Onun sözlərinə görə, siyasi partiyalar seçkilərin mayoritar qaydada keçirilməsindən qorxmamalıdırlar: "Mən başa düşə bilmirəm, bəziləri seçkilərə mayoritar qaydada qatılmaqdan niyə qorxurlar? Görəsən, biz niyə seçicilərlə birbaşa təmasda olmaqdan qorxuruq?"
Birinci vitse-spiker dedi ki, ölkədə bütün peşə sahibləri qanun qarşısında bərabər olmalıdırlar. Hər bir vətəndaş törətdiyi əmələ görə cavab verməlidir: "Mən başa düşə bilmirəm, niyə yurnalistlər məhkəməyə verilən kimi bundan ayiotay yaradılır. Əgər deputatın şərəf və ləyaqəti təhqir olunubsa, o, məhkəmədən başqa hara müraciət etməlidir?"
Birinci vitse-spiker "Diffamasiya haqqında" qanunun qəbulunun mentalitetimizlə uyğunlaşmadığını dedi. Onun sözlərinə görə, bu yaxınlarda İtaliyada keçirilən tədbirlərin birində iştirakçılar üçün ziyafət verilib. Həmin ziyafətə bəzi italiyalı məmurlar və deputatlar öz xanımları ilə qatılıblar. Ziyafət vaxtı tədbirdə iştirak edən Gürcüstanın millət vəkillərindən biri italiyalı deputatın xanımını rəqsə dəvət edib. Onun bu addımı xanımın deputat əri tərəfindən çox sərt qarşılanıb. "Avropada məsələlərə belə yanaşılan bir şəraitdə biz necə böhtana və təhqirə görə cinaytə məsuliyyətini ləğv edə bilərik" - deyə birinci vitse-spiker vurğuladı.
Milli Məclisin sədri Oqtay Əsədov da "Diffamasiya haqqında" qanunun qəbulunun tez olduğunu bildirdi. Onun sözlərinə görə, heç Avropa ölkələrinin əksəriyyəti bu qanunu qəbul etməyiblər.


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 02.02.10 | Baxılıb: 311

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •