Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
YAP İdarə Heyətinin iclası keçirilib
Partiya maliyyə hesabatını açıqlayıb

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə qəzetimizə YAP-dan məlumat verilib. İclasda YAP-ın 2009-cu ildə fəaliyyəti, qazanılmış uğurlar və qarşıda duran vəzifələr haqqında ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, YAP ölkənin ictimai-siyasi həyatının, o cümlədən prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar və quruculuq proseslərinin ən yaxın iştirakçısı olub. YAP ötən ilin ən mühüm siyasi hadisəsi - Azərbaycan Konsititusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendumun və bələdiyyə seçkilərinin təşviqat, təbliğat kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsini təmin edib. YAP-ın qələbələrlə dolu şərəfli tarixinə yeni səhifələr yazıb. Prezident, YAP-ın sədri İlham Əliyevin partiyanın IV Qurultayında söylədiyi nitqində irəli sürülən tezislərin və qarşıya qoyulan vəzifələrin gələcək fəaliyyətin müəyyənləşdirilməsində həlledici istiqamət olduğu bir daha vurğulanıb. İclasda gündəliyə uyğun olaraq, YAP İdarə Heyətinin 2009-cu ildə fəaliyyəti ilə bağlı hesabat, partiyanın ümumi tərkibi, o cümlədən Gənclər Birliyinin və Qadınlar Şurasının 1 yanvar 2010-cu ilə olan statistik hesabatı və 2009-ci il üçün maliyyə hesabatı dinlənilib və təsdiq edilib. Statistik məlumata görə, 2009-ci ildə partiyaya 29 777 nəfər üzv qəbul olunub və 2010-cu il yanvar ayının 1-nə YAP üzvlərinin ümumi sayı 498 462 nəfərə çatıb. Qeyd olunub ki, partiya sıralarında gənclərin xüsusi çəkisi getdikcə daha da artıb və 2009-ci ildə YAP-a üzv qəbul olunanların 49,7 faizini gənc nəslin nümayəndələri təşkil edib. Bütövlükdə, partiya üzvlərinin 39,3 faizini, yəni 196 340 nəfərini gənclər, 43,5 faizini, yəni 217 243 nəfərini isə qadınlar təşkil edib.
YAP İdarə Heyətinin iclasında partiyanın maliyyə hesabatı müzakirə və təsdiq olunub. Hesabatda bildirilir ki, 2009-cu ildə YAP-ın üzvlük haqlarından cəmi mədaxili 2 915 505 manat təşkil edib. Hesabat ilində partiyanın ümumi xərcləri 2 374 176 manat olub ki, bunun da 1 426 587 manatını YAP-ın İcra Katibliyində, şəhər və rayon təşkilatlarında çalışan əməkdaşların əmək haqqı fondu təşkil edib. 324 107 manat partiya tədbirlərinin maliyələşməsinə və ezamiyyə xərclərinə, 33 290 manat partiya vəsiqələrinin hazırlanmasına, 190 453 manat invertar və dəftərxana ləvazimatlarının alınmasına, 106 376 manat cari təmir və özəlləşdirmə xərclərinə, 172 089 manat kommunal xərclərə, bank və rabitə xidmətlərinə, 93 995 manat avtomobillərə texniki xidmətə, 12 428 manat həmkarlar ittifaqlarına ödənişə sərf edilib. Digər xərclər 14 851 manat olub. 541 329 manat partiyanın mərkəzi və yerli təşkilatlarının hesabında qalıb.
İclasda, həmçinin İdarə Heyətinin 2010-cu il üçün iş planı təsdiq edilib.


K.HACIYEV
+  -  Çap 
Yerləşdirilib: 30.01.10 | Baxılıb: 394

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •