Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycanlı zəvvarların avtobusu İraqda atəşə tutulub
Hadisə nəticəsində ölən və yaralananlar var

Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarların avtobusu bu ölkənin Samirə şəhərində atəşə tutulub. Bakının Maştağa qəsəbəsinin sakini Hacı Zakir Quliyev APA-ya bildirib ki, yanvarın 28-də zəvvarları aparan avtobusun qarşısını kəsən naməlum şəxslər odlu silahdan atəş açıblar. Nəticədə Maştağa qəsəbəsinin sakini, 15 yaşlı Fatimə Əhmədova hadisə yerində ölüb, kənd məscidinin axundu Hacı Seyidağa və bir qadın yaralanıb. F.Əhmədovanın valideynləri də zəvvarlar arasında olublar. Hacı Zakir onu da əlavə edib ki, bu gün F.Əhmədova İraqda dəfn olunacaq, azərbaycanlı zəvvarların bir qrupu isə artıq İran İslam Respublikasına göndərilib.
Ziyarəti həyata keçirən şirkətlərdən biri olan "Kərbəla yolları" turizm firmasının İraqdakı nümayəndəsinin APA-ya verdiyi məlumata görə, hadisə 3 gün əvvəl baş verib: "Terror aktı baş verən vaxt azərbaycanlı zəvvarlar iranlı zəvvarlarla birlikdə olublar. Hadisə nəticəsində iranlı zəvvarlarla yanaşı, azərbaycanlılar da xəsarət alıb. Azərbaycandan olan bir qız - F.Əhmədova başından yaralanıb, bir gün sonra isə dünyasını dəyişib. İki nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Hazırda yaralıların vəziyyəti stabildir və onlar yaxın günlərdə İraq hökumətinin dəstəyi ilə təyyarə ilə Azərbaycana yola salınacaqlar".
Azərbaycanın İordaniya və İraqdakı səfiri Elman Araslı APA-ya açıqlamasında olayı araşdıracağını deyib. O, hal-hazırda hadisə haqqında hər hansı informasiyaya malik olmadığını söyləyib: "Biz bu məsələni aydınlaşdırmağa çalışacağıq. Mən İraqın İordaniyadakı səfiri ilə də əlaqə saxlayıb ondan lazımi məlumatları bizə çatdırmasını xahiş edəcəyəm".
+  -  Çap 
Yerləşdirilib: 30.01.10 | Baxılıb: 359

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •