|
Gənc Tamaşaçılar Teatrının 20 nəfərlik yaradıcı və texniki heyəti ölkə prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Regionların sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramı çərçivəsində rayonlara qastrola çıxıb. Qazax, Şəmkir, Gədəbəy rayonları əhalisinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması, habelə teatrın maraqlı tamaşalarını bölgələrdə yaşayan tamaşaçılara təqdim etmək məqsədilə keçirilən səfərdə kollektiv Nicat Kazımovun quruluşçu reyissoru olduğu Nizami Gəncəvinin "Xeyir və Şər" tamaşası ilə çıxış edir. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, qastrol Regionların İnkişafı İctimai Birliyi və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında gerçəkləşib. Rollarda teatrın aktyorları Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Günel Məmmədova, Elnur Kərimov, Elşən Şıxəliyev, Mehriban Hüseynova və b. çıxış edirlər.
Təranə
|