Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Albalı bağı" ilə kiçik səhnənin açılışı
Srağagün Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin açılış mərasimi keçirilib. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov mərasimi giriş sözü ilə açaraq kiçik səhnənin açılışını və həmin səhnədə ilk tamaşanın nümayişini bayram kimi dəyərləndirib. Direktor bildirib ki, səhnənin görkəmli yazıçı və dramaturq A.P.Çexovun "Albalı bağı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açılması heç də təsadüfi deyil. "Bütün teatrsevərlər və Çexov pərəstişkarları yanvar ayında dramaturqun anadan olmasının 150 illiyini qeyd edir. Yaradıcı qurum olaraq teatr da bu tarixi qeyd etməyi planlaşdırıb. Məhz elə ona görə də kiçik səhnədə ilk olaraq müəllifin "Albalı bağı" tamaşası nümayiş olundu". M.Həmidov digər önəmli hadisənin isə teatrın baş reyissoru, Xalq artisti Cənnət Səlimovanın doğum günü olduğunu qeyd edərək, qocaman sənətkarı kollektiv adından təbrik edib.
Cənnət Səlimova yaxın günlərdə İran İslam Respublikasında keçirilən "Fəcr" festivalında "Ən yaxşı reyissor işi"nə görə mükafata layiq görülüb. Festivalda Cənnət Səlimovanın Musiqili Komediya Teatrında quruluş verdiyi "Məşədi İbad" tamaşası nümayiş olunub.


Təranə
+  -  Çap 
Yerləşdirilib: 30.01.10 | Baxılıb: 284

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •