Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Quantanamonun gələcəyi 3 il sonraya qaldı
Həbsxananı tələsik bağlamaq müşkül işdir

"ABŞ 3 il ərzində Quantanamo həbsxanasını bağlayacaq". Bu barədə Amerika administrasiyasının Brüsseldəki nümayəndəsi məlumat verib. "Biz müəyyən edilmiş müddətdə həbsxananın bağlanmasına nail ola bilməsək də, irəliləyişə nail olduq" - deyə ABŞ Dövlət Departamentinin Quantanamonun bağlanması məsələlərilə məşğul olan nümayəndəsi Deniel Frid bəyan edib. Bu barədə cümə axşamı "Evroobserver" İnternet nəşri məlumat verib.
Nəşr xatırladıb ki, ABŞ prezidenti Barak Obama prezident vəzifəsinə başlamasından bir il sonra "Taliban" və "Əl-Qaidə" terrorçu qruplaşmaları ilə əlaqədə şübhəli bilinən şəxslərin saxlandığı həbsxananın bağlanacağını vəd etmişdi. Yeni müddətdən danışarkən amerikalı diplomat bu məqsədə "Obamanın ilk prezidentlik müddətində" nail olunacağına ümidini ifadə edib. B.Obamanın mandatı 2013-cü ilin yanvarında başa çatır. D.Frid Quantanamo məhbuslarının bir hissəsini öz ərazilərində saxlamağa razılıq verən Avropa ölkələrinə minnətdarlığını bildirib. Fransa, Böyük Britaniya, Belçika, İrlandiya, Portuqaliya, Macarıstan və Slovakiya hər 3 məhbusdan birini öz həbsxanalarında yerləşdirməyə razılıq veriblər. Onlardan birini artıq İsveçrə qəbul edib. İndi İspaniya həmin məhbusların böyük hissəsinin qəbul edilməsi şərtləri barədə danışıqlar aparır.
O, ABŞ-ın özünün bu dustaqları qəbul etməyə hazırlaşmadığı barədə şaiyələri rədd edib. "Biz daha təhlükəli olan, 2001-ci il 11 sentyabr terror aktı ilə əlaqəsi olan terrorçuları götürəcəyik. Onlar Nyu-York Federal Məhkəməsi qarşısında duracaqlar" - deyə D.Fred məlumat verib.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 30.01.10 | Baxılıb: 246

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •