Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qəhrəmanlıq ondur, doqquzu qaçıb aradan çıxmaqdır
Beynəlxalq koalisiya Əfqanıstanın gələcəyini əfqanların öz ixtiyarına buraxır

Londonda Əfqanıstana gələcək yardımların istiqamətini müəyyən etmək üçün beynəlxalq konfrans başa çatıb. Britaniyanın ev sahibliyi etdiyi birgünlük konfransda dünyanın 70 ölkəsindən təmsilçilər, o cümlədən ABŞ dövlət katibi Hillari Klinton iştirak edib. Gündəlikdə duran əsas məsələ Əfqanıstanda təhlükəsizliyi yerli qüvvələrin öhdəsinə verə bilmək üçün bir plan hazırlamaq və "Taliban" tərəfdarlarının yeni zorakılıqdan çəkindirilməsi üçün planlar qurmaqdan ibarət olub.
Britaniyanın baş naziri Qordon Braun konfransın açılış nitqində deyib ki, artıq bu ilin sonundan etibarən Əfqanıstanda təhlükəsizliyə nəzarətin beynəlxalq qüvvələrdən yerli qüvvələrə ötürülməsi prosesi başlamalıdır. Braun vurğulayıb ki, bu proses üçün həm əfqan qüvvələri, həm də beynəlxalq qüvvələr eyni zamanda qüvvətləndirilməlidir. Baş nazir deyib ki, 2011-ci ilin oktyabrına qədər Əfqanıstanda hərbi qüvvələrin sayının 171 600, polisin sayının isə 134 min nəfərə çatdırılması üçün proqram təsdiq edilməlidir. Qordon Braun vurğulayıb ki, Əfqanıstan ordusu və polisinin sayı hazırda ölkədə olan beynəlxalq qüvvələrin sayından iki dəfə artıq - təxminən 300 min nəfər olmalıdır ki, təhlükəsizliyi təmin edə bilsin. Əfqanıstan 2010-cu ilin sonunadək özünün bəzi əyalətlərində təhlükəsizliyə nəzarət edə biləcək. Bu barədə Londonda Əfqanıstanın gələcəyinə həsr olunmuş konfransda öhdəlik götürülüb. Böyük Britaniyanın xarici işlər naziri Devid Milibənd 2010-cu ili Əfqanıstan üçün həlledici il adlandırıb. O, ölkədə yeni hökumətin olduğunu desə də, silahlı hücumların arta biləcəyinə dair xəbərdarlıq da edib. Milibənd bildirib ki, bütün əyalətlərə nəzarət növbəti 5 il ərzində Əfqanıstan rəhbərliyinə keçəcək. 70 ölkədən olan liderlər "Taliban" döyüşçülərilə mübarizə məqsədilə 140 milyon dollar ayırmaq öhdəliyi də götürüblər.
Qeyd edək ki, hazırda Əfqanıstanda 135 min nəfərlik koalisiya qüvvələri yerləşdirilib. Əfqanıstanda 90 nəfər də Azərbaycan əsgəri var. Onlar bir neçə ildir ki, bu ölkədəki Türkiyə Silahlı Qüvvələri taborunun tərkibində sülhməramlı missiyada iştirak edirlər. Beynəlxalq qüvvələrin geri çəkilməsi ilə birlikdə onlar da Azərbaycana dönəcəklər. Konfransda, həmçinin ölkədəki üsyançıların zorakılıqdan imtina etmələrinin əvəzində "iqtisadi nativ" yaratmaq üçün fondun formalaşdırılması da razılaşdırılıb. Qordon Braun qeyd edib ki, əksinə, zorakılığı davam etdirənlər hərbi vasitələrlə zərərsizləşdiriləcəklər.
Əfqanıstan prezidenti Həmid Kərzayi isə konfransda məlumat verib ki, onun hökuməti sülh və ölkədaxili uzlaşma üçün milli komissiya yardacaq. Prezident vurğulayıb ki, əfqanlar öz qardaşlarını doğru yola gətirməlidirlər: "Biz bütün həmvətənlərimizlə dil tapmağı bacarmalıyıq. Xüsusilə də "Əl-Qaidə" və başqa terrorçu şəbəklərin təsir dairəsinə düşmüş qardaşlarımızı yola gətirməli, əfqan Konstitusiyanı onlara da qəbul etdirməliyik". Dövlət başçısı əlavə edib ki, "Taliban"dan silahlıları öz tərəfinə çəkməyə ümid edir. O, Səudiyyə Ərəbistanı kralı Abdulladan sülh prosesinə yardım istədiyini deyib. Əfqanıstan prezidenti deyib ki, Əfqanıstan təhlükəsizlik qüvvələrinin təlimləri və təchizatı üçün 5 ildən 10 ilədək vaxt kifayətdir, amma Əfqanıstanın maliyyə baxımından öz qüvvələrini tam təmin etmək qabiliyyətinin yetişməsi üçün bu vaxt 10 ildən 15 ilədək uzadıla bilər.
Həmid Kərzayinin barışıq planı "Taliban"ın zorakılıqdan imtina edən tərəfdarlarına silahı yerə qoymaq üçün iş yerləri və iqtisadi yardımlar vəd edir. Kərzayi həm də ölkədə idarəetmənin yaxşılaşdırılması və korrupsiya ilə mübarizə üçün altı maddəlik planını da təqdim edib: "Mənim ikinci prezidentlik müddətimdə qarşıma qoyduğum əsas problem korrupsiyanın qarşısının alınmasıdır. Mənim hökumətim bütün mümkün vasitələrlə korrupsiya ilə mübarizəyə söz verib. Burda korrupsiyaya yol verənlərin cəzalandırılması da var, məmurların korrupsiyadan imtina etməsini təmin edəcək addımlar da". Beynəlxalq konfransın davamı bir neçə aydan sonra Kabildə keçiriləcək.
Son məlumatlara görə, BMT-nin Əfqanıstandakı xüsusi nümayəndəliyinin rəhbəri Kaem Eyde və "Taliban" hərəkatının rəhbərliyini təmsil edən bir şəxs arasında görüş keçirilib. "Röyter" agentliyinin yaydığı məlumata görə, müzakirə zamanı "Taliban"ın silahlı mübarizəni dayandırması və siyasi həyatda iştirakı ilə bağlı məsələ müzakirə olunub. Dubayda baş tutan görüşdə "Taliban" rəhbərliyini təmsil edən şəxs adının açıqlanmasını istəməyib. Qeyd edək ki, iki gün əvvəl BMT Təhlükəsizlik Şurası "Taliban"ın rəhbərliyində təmsil olunan 5 şəxsin adını "qara siyahı"dan çıxarıb. Həmid Elmi ona deyib ki, Əfqanıstan rəsmiləri "Taliban"la danışıqlara gedir. O bildirib ki, ölkənin ümumxalq məclisi sayılan Loya-cirqanın bu ilin əvvəlində keçiriləcək toplantısına "talib"lər də dəvət olunacaq.
+  -  Çap 
Yerləşdirilib: 30.01.10 | Baxılıb: 333

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •