Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycanla Türkiyə arasında pul köçürmələri daha qısa vaxtda həyata keçiriləcək
Yaxın günlərdə elektron pul köçürmə sistemi işə başlayacaq

Tezliklə Azərbaycanla Türkiyə arasında pul köçürmələri mübadiləsi daha qısa vaxtda həyata keçiriləcək. Bu məqsədlə hər iki ölkə elektron pul köçürmələrinin mübadiləsini tənzimləyən müqaviləyə də imza atıblar. Hazırda aparılan test işləri tamamlanmaq üzrədir. Yaxın günlərdə bu sistem vasitəsi ilə mübadiləyə başlanılacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) bildirilib ki, ötən il ərzində "Azərpoçt" MMC-nin xidmət şəbəkəsi bir qədər də genişləndirilib. Bu xidmətlərdən biri də poçt göndərişlərinin izlənilməsi və poçt əməliyyatlarının avtomatlaşdırılmasıdır. Bu çərçivədə qiymətli məktublar, bağlamalar və banderollar üzrə izləmə sistemini təmin edən proqram təminatı hazırlanıb. Hal-hazırda bu sistem 1 saylı Poçt Filialında istifadə olunur. Göndərilən bağlamaların sayına gəlincə, 2009-cu il üzrə "Azərpoçt" MMC-nin tabeli poçt müəssisələri tərəfindən 104 579 ədəd daxili, 7 650 ədəd beynəlxalq bağlama qəbul edilib. Ötən ilin yekunu üzrə çıxan məktub korrespondensiyasının sayı isə 5 750 086 ədəd təşkil edib. Bunlardan 668 050 ədədi beynəlxalq, 5 082 037 ədədi respublika daxili göndərişlər olub. Keçən il ərzində respublika üzrə 757 395 ədəd pul baratı qəbul edilib, 754 064 ədəd pul baratı isə ödənilib. Nazirlikdən qeyd edilib ki, 2008-ci illə müqayisədə qəbul edilmiş pul baratlarının sayı 59 770 ədəd, məbləği isə 13 092 159 manat və ya 26 faiz çox olub. "Azərpoçt" MMC beynəlxalq bağlamaların axtarışını da həyata keçirir. Belə ki, müəssisə Ümumdünya Poçt İttifaqının "Cricket" sorğu sistemi vasitəsi ilə hazırda dünyanın 100 ölkəsi ilə əməkdaşlıq edir. MMC beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən də istifadə edir. Bu istiqamətdə "Azərpoçt" dünyanın 29 ölkəsi ilə əməkdaşlıq əlaqələri yaradıb. RİTN-dən vurğulanıb ki, MDB ölkələri içərisində ilk dəfə olaraq Azərbaycan poçt müdiriyyəti beynəlxalq sifarişli poçt göndərişlərinin izləmə və sorğu sisteminə qoşulub: "Azərpoçt" MMC-nin tabeliyində olan bütün poçt müəssisələri beynəlxalq standartlara uyğun 13 işarəli ştrix-kodlardan istifadə edirlər".
Ötən il universal poçt xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası da ödənilib. Bu məqsədlə dövlət büdcəsinə dəyən zərərin ödənilməsi üçün 2 713 min manat həcmində subsidiya ayrılıb. Ölkə ərazisində universal poçt xidmətlərinin təşkili və poçt şöbəsi binalarının tikintisi üçün isə 3000 min manat vəsait ayrılıb: "İl ərzində 82 şəhər, qəsəbə və kənd poçt şöbəsi binası, Samux və Zaqatala poçt filiallarının inzibati binaları tikilib istifadəyə verilib. Eyni zamanda, 14 poçt şöbəsi, TXM və MXRİ-nin binası və Yevlax PF-nin Xüsusi şöbəsinin binası əsaslı təmir olunub".
Ötən müddətdə Dünya Bankının maliyyə dəstəyi ilə respublikada həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi də davam etdirilir. Bu layihənin tam reallaşdırılması nəticəsində "Azərpoçt" MMC-nin poçt şöbələri vahid kompyuter şəbəkəsində birləşdiriləcək: "Poçt müəssisələri bank-maliyyə xidmətləri göstərməklə keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatacaq. "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində "Azərpoçt" MMC-nin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin satınalınması üçün tender keçirilib və 2008-ci ildə müqavilə imzalanıb. Bağlanmış müqavilə çərçivəsində nəzərdə tutulmuş işlərdən - ödənişlərin qəbulu, baş mühasibat kitabı və sistemin nüvəsi modulları üzrə işlər tamamlanıb". Hazırda poçt şöbələrinin MMC-nin yeni mərkəzi serverinə qoşulması işləri aparılır. Belə ki, artıq Bakı şəhərində yerləşən 6 Poçt Filialının mərkəzi aparatları, onların mühasibatlığı yeni sistemə tam qoşulub. Eyni zamanda, Bakı şəhərində mövcud olan 128 poçt şöbəsindən 108-i bu sistemin ödənişlərin qəbulu, mobil telefon haqlarının yığımı modulları üzrə sabit şəbəkə telefonlarından istifadə haqlarının qəbulunu həyata keçirir. "Azərpoçt" MMC-nin bütün poçt şöbələrinin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə qoşulması və poçt maliyyə xidmətlərinin göstərilməsi məqsədilə MMC-nin Baş ofisinin və Bakı şəhəri poçt şöbələrinin avtomatlaşdırılması da başa çatdırılıb. Hazırda Sumqayıt üzrə 12, Gəncə üzrə 21, Göyçay üzrə 6, Şamaxı üzrə 1 və s. poçt şöbələri "Azdatakom" şəbəkəsi üzərindən "Azərpoçt" MMC-nin mərkəzi serverinə qoşulub. MMC-nin mərkəzi serveri ilə Sumqayıt şəhərində yerləşən ehtiyat server arasında yüksək sürətli optik rabitə əlaqəsi də yaradılıb. Nazirlikdən o da bildirilib ki, maliyyə xidmətlərinin göstərilməsi üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə fərman hələ 2008-ci ildə təsdiq edilib. Həmin il "Poçt rabitəsi haqqında" qanuna əlavə və dəyişikliklər olunub. Hazırda isə Mərkəzi Bankdan müvafiq lisenziyanın alınması ilə əlaqədar işlər aparılır. Eyni zamanda, bank-maliyyə xidmətlərinin göstərilməsini tənzimləyən qaydalar qurumlar tərəfindən birgə hazırlanmaqdadır.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 30.01.10 | Baxılıb: 291

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •