Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Doqquz gündən sonra yenə Çexiya
Azərbaycanın futzal üzrə milli komandası Avropa çempionatında bürünc medal qazanmaq üçün Çexiyanı məğlub etməlidir. Apasport.az saytının yarışın keçirildiyi Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, həmyerlilərimizin rəqibi məhz çexiyalılar olublar. Tomaş Neumannın rəhbərlik etdiyi kollektiv yarımfinalda dördqat Avropa çempionu İspaniya qarşısında duruş gətirə bilməyib - 1:8. Bürünc medal uğrunda oyun yanvarın 30-da Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, yığmamız yanvarın 21-də çexlərlə qrup mərhələsində qüvvəsini sınayıb və 6:1 hesablı qələbə qazanıb. "Portuqaliyaya penaltilər seriyasında uduzmaqla, yəqin ki, borcumuzu qaytarmış olduq. Axı 1/4 finalda məhz belə zərbələrlə qalib gəlmişdik". Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının oyunçusu Andrey Tveryankin deyib. Millimizin qapıçısı 3:3 hesabı ilə nəticələnən görüşdən sonra vurulan penaltilər seriyasında qeydə alınan 3:5 hesabını məğlubiyyət kimi qəbul etmir: "Düşünürəm ki, komandamız məğlubiyyəti düzgün qiymətləndirir. Portuqaliyaya uduzmaq məğlubiyyət deyil. Mənə elə gəlir ki, biz daha yaxşı oynadıq. Bəlkə də bizə belə turnirlərdə təcrübə çatmadı. Yoxsa ki, biz rəqibin qol vurduğu epizodlarda buraxdığımız səhvlərə yol verməzdik. İndi isə bizə yalnız portuqaliyalıları təbrik etmək qalır".
Portuqaliya milli komandasının oyunçusu Qonsalu isə yığmamızı tərifləyib: "Azərbaycan yığması ilə oyun güclü rəqibə qarşı bərabər oyun idi. Bu komandanın özü belə turnirlərin debütantı olsa da, heyətində təcrübəli oyunçular yer alıb". Penaltilər seriyasında sonuncu zərbəni yerinə yetirən Qonsalu qələbənin çətinliklə əldə olunduğunu vurğulayıb: "Azərbaycan yığması bizə çox problem yaşatdı. Lakin sonda biz qələbə qazandıq. Düşünürəm ki, biz buna layiq idik. Rəqibimiz artıq 5-ci dəqiqədə qapıçını sahə oyunçusu ilə əvəzləməklə bizi əməlli-başlı təəccübləndirdi. Bu addım çox ağıllı gediş idi. Onlar qapımıza qol vura bildi. Lakin biz bərabərliyi təmin edib penaltilər seriyasında daha dəqiq olduq".
+  -  Çap 
Yerləşdirilib: 30.01.10 | Baxılıb: 219

03.02.12
Milanda 8 qol
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •