Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ötən il Azərbaycana turist axını 2% artıb
Mədəniyyət və Turizm Nazirliyinin ilkin məlumatlarına əsasən, ötən il Azərbaycana turist axını azalmayıb. "APA-Economics"in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yurnalistlərə verdiyi açıqlamada bildirib ki, dünyada müşahidə olunan iqtisadi böhran nəticəsində turist axını azalsa da, Azərbaycanda bu göstərici nəinki azalmayıb, hətta 2% artıb: "Dünya turizm industriyası üçün ən çətin il 2008-ci il olub, lakin Azərbaycanda həmin il turist axını 40% artıb. Beləliklə, son iki ilin nəticələrini nəzərə alaraq demək olar ki, ölkədə bu sahədə artım tempi 25-30% təşkil edir. Son 11 il ərzində isə bu göstərici 20 dəfəyədək artıb".
Ə.Qarayevin sözlərinə görə, "Azərbaycanda turizm sahəsinin inkişafı Dövlət Proqramı (2010-2016-cı illər)" artıq hökumət tərəfindən Prezident Administrasiyasına təqdim edilib: "Proqram təsdiqləndikdən sonra bu sahədə inkişafa daha bir təkan veriləcək". Nazir qeyd edib ki, artıq turist şirkətləri vasitəsilə Azərbaycana gələn turistlərə daha sərfəli qiymətlər təqdim ediləcək. Eyni zamanda turistlərin qarşılanması, yerləşdirilməsi, asudə vaxtının təşkili, mədəni proqram və ekskursiyaların təşkili üzrə xidmətlər vahid paket şəklində təqdim olunacaq. Nəticədə xidmətlər qiymətlərə uyğun səviyyədə təşkil ediləcək: "Hazırda Azərbaycan CNS, "Euronews" və digər beynəlxalq kanallarda ölkəmiz haqda məlumatları təqdim edir. Amma Azərbaycan haqda məlumat almaq üçün insanlar internetə müraciət etdikdə, çox cüzi məlumat ala bilirlər. Bunun üçün turizm şirkətlərinin internet resurslarının keyfiyyəti və sayı artırmalıdır".
+  -  Çap 
Yerləşdirilib: 30.01.10 | Baxılıb: 286

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •