Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
İnternetdə məlumat yerləşdirməyən turizm şirkətlərinin lisenziyası ləğv ediləcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə və hotellərə öz internet resurslarını yaratmağı və beynəlxalq "Hoteltoweb" online rezervasiya və satış texnologiyaları sisteminə qoşulmağı tövsiyə edib. "APA-Economics"in məlumatına görə, dünən nazirin Bakıda turizm şirkətlərinin nümayəndələri ilə görüşü keçirilib. Görüş çərçivəsində "Hoteltoweb" sisteminin təqdimatı olub.
Tədbirdə çıxış edən Ə.Qarayev turizm şirkətlərinə ciddi şəkildə xəbərdarlıq edib ki, bu sistemə qoşulmayan və internet şəbəkəsində məlumatlarını yerləşdirməyən turizm şirkətlərinin lisenziyasına yenidən baxılacaq: "Azərbaycan artıq inkişafda olan ölkə kimi bütün infrastruktur layihələrində müasir informasiya texnologiyalarının tətbiqini həyata keçirir. Ölkənin inkişaf etməkdə olan turizm infrastrukturunda da müasir texnologiyalardan səmərəli istifadəyə ehtiyac var". Qeyd edilən tədbirlər Azərbaycanda turizmin inkişafını təmin etmək məqsədilə həyata keçirilir. Bu tədbirlər çərçivəsində artıq Azərbaycanda fəaliyyət göstərən hotel və mehmanxanalara tövsiyə edilir ki, dünyanın istənilən yerindən internet şəbəkəsi vasitəsilə Azərbaycanda hotel nömrələrinin rezervasiyasını sərfəli qiymətlərlə təmin etsinlər. Bunun üçün onların "Hoteltoweb" sisteminə qoşulması və orada özləri haqda dolğun məlumatlar yerləşdirməsi lazımdır.
"Hoteltoweb" şirkətinin nümayəndəsi sistemi təqdim edərək, dünya üzrə səyahət turlarının 80%-nin məhz internet vasitəsilə realizə edildiyini bildirib. Sistem Global Distribusiya Sistemi (GDS) əsasında fəaliyyət göstərir. Hazırda GDS kanalı vasitəsilə dünya üzrə 800 mindən çox hotel və mehmanxana haqda ətraflı məlumat almaq və rezervasiya etmək olar.
Ə.Qarayevin sözlərinə görə, artıq Azərbaycanda 12 turizm informasiya mərkəzi yaradılıb və onların sayının artırılması istiqamətində işlər aparılır. Yaxın zamanda Azərbaycanın vahid turizm informasiya mərkəzinin qlobal şəbəkəyə çıxışı təmin ediləcək. Ümumilikdə isə nazirlik Turizm Assosiasiyası ilə birgə fəaliyyət göstərərək, bütün hotelləri Azərbaycan haqda məlumatlandırıcı bukletlər, yolgöstəriciləri və digər zəruri məlumatlarla təmin edəcək, turizm müəssisələrində xidmət keyfiyyəti artırılacaq, yeni turizm zonaları yaradılacaq, turist qruplarının mütəşəkkil şəkildə Azərbaycana səyahətləri təşkil ediləcək.
+  -  Çap 
Yerləşdirilib: 30.01.10 | Baxılıb: 297

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •