Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Əli Həsənov Rusiyanın Cənubi Qafqaza ciddi təsir imkanlarının olduğunu bildirib
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun təklifləri tərəflər arasında müzakirə olunur, fikir ayrılığı olan bəndlər yeni şəkildə müzakirəyə çıxarılıb. Hələlik nəticə haqqında heç nə demək olmaz". APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prezidentlərin son görüşünə münasibət bildirərkən deyib. O bildirib ki, hələlik Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ortaq mövqeyin yarandığını, tapıldığını söyləmək olmaz: "Amma bu özü faktdır ki, tərəflər və vasitəçilər bu danışıqların perspektivinə, potensialının tükənmədiyinə inanırlar. Bu özü əsas verir ki, danışıqlar davam etdirilsin". Son vaxtlar münaqişənin həllində Rusiyanın xüsusi fəallıq göstərməsinə gəldikdə, Ə.Həsənov Rusiyanın bu məsələdə həmişə fəal olduğunu bildirib: "Sadəcə, Rusiya son zamanlar ATƏT-in Minsk qrupunun həmsədrlər institutunun tərkibində fəallaşıb. Yoxsa Rusiya Dağlıq Qarabağ problemində həmişə bu və ya digər şəkildə iştirak edib. Son vaxtlar Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşlər belə fikirlərin meydana çıxmasına səbəb olub. Halbuki proses əvvəlki formada davam edir. Rusiya üç həmsədrdən biridir, həm Ermənistan, həm Azərbaycan, həm də Cənubi Qafqaz və Xəzər hövzəsindəki hadisələrə ciddi təsir göstərmək imkanı olan ölkədir. Bu bölgələr Rusiyanın geosiyasi təsirindədir. ABŞ dünyanın fövqəldövləti olsa da, Cənubi Qafqazdan da, Xəzərdən də çox uzaqdadır".
+  -  Çap 
Yerləşdirilib: 30.01.10 | Baxılıb: 248

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •