Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Məsuliyyəti tək Bülənt Korkmazın üzərinə atmırıq"
Zeynal Məmmədov hədəflərinin dəyişmədiyini bildirib

"Bakı" klubunun xeyli vaxtdır gözlənilən iclası srağagün axşam saatlarında baş tutub. Apasport.az saytının məlumatına görə, klub prezidenti Hafiz Məmmədovun rəhbərlik etdiyi toplantıda vitse-prezidentlər Zeynal Məmmədovla Tunc Afşar və icraçı direktor Yaşar Seyidov iştirak edib. Klub rəhbərliyi bir araya gələrək, "Bakı"nın XVIII "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku"nda çıxışı, qış "transfer pəncərəsi" müddətində aparılan işlər, Premyer Liqa və Azərbaycan Kuboku yarışlarında komandanın qarşısında duran vəzifələr barədə fikir mübadiləsi aparıb. Z.Məmmədov klubun rəsmi saytına müsahibəsində müzakirə olunan məsələlər və nəticələr haqda fikirlərini bildirib: - - İlk olaraq komandamızın Moskva səfərinin nəticələri barədə ətraflı məlumat verildi. Bu yarışlara böyük ümidlərlə yollanmağımıza baxmayaraq, komandanın uğursuz çıxış etməsinin səbəbləri təhlil olundu. Nəticə bizi qane etmədi, çünki daha yaxşı çıxış etmək üçün hər cür şərait mövcud idi. Komanda uğursuzluğa düçar olubsa, günahı kənarda axtarmaq lazım deyil. Deməli, klubun bütün strukturları günahkardır, müəyyən sahələrdə boşluqlara yol vermişik. Məsuliyyəti tək baş məşqçi Bülənt Korkmazın və futbolçuların üzərinə qoymağın tərəfdarı deyiləm. Komandamız vəzifənin öhdəsindən gəlməyibsə, bunun məsuliyyətini bütün kollektiv daşıyır.


- Klub prezidentinin yeni transfer olunan futbolçular barədə fikirlərini bilmək maraqlı olardı...

- Qış fasiləsində heyətə cəlb etdiyimiz oyunçular səviyyəli və təcrübəli futbolçulardır. Təəssüf ki, onlar Moskva turnirində zəif çıxış edərək, komandamızın oyununu gücləndirə bilmədilər. Görünür ki, bir qədər zamana ehtiyac var. Onların komandaya və mühitə tam uyğunlaşması üçün bütün zəruri addımlar atılır. İnanırıq ki, yeni oyunçularımız "Bakı"ya faydalı olacaqlar.


- Qış transfer fəaliyyətini bitmiş hesab etmək olarmı?

- AFFA-nın təyin etdiyi "transfer pəncərəsi" fevral ayının 4-də bağlanır. Klub prezidenti heyəti gücləndirmək üçün bütün imkanları bir daha gözdən keçirməyi tapşırdı. Yəqin ki, heyətə daha bir futbolçu qatılacaq. Ad çəkmək düzgün olmazdı. Sadəcə, onu deyim ki, onun ampluası hücumçudur.


- Premyer Liqa və kubok yarışlarının hədəfləri dəyişməyib ki?

- Klub prezidenti görülən işlər barədə bizim hesabatlarımızı dinlədi, öz fikirlərini bildirdi. Qarşıdan gələn yarışlara hazırlığın gedişi ilə maraqlandı, zəif nöqtələrə diqqət çəkdi, tapşırıq və tövsiyələrini verdi. Artıq bütün qüvvələr Premyer Liqa və kubok yarışlarına yönəlib. Ümidvarıq ki, komandamız bu sınaqlardan üzüağ çıxaraq Azərbaycan azarkeşlərini sevindirməyi bacaracaq. Hədəflər dəyişilməz qalır. "Bakı" həm çempionluğa, həm də kuboka oynayır.
+  -  Çap 
Yerləşdirilib: 29.01.10 | Baxılıb: 197

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •