Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Sokolov "Simurq"u "Qəbələ"yə dəyişdi
Azərbaycan milli komandasının müdafiəçisi Sergey Sokolov Zaqatalanın "Simurq" klubunu tərk edib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı rus futbolçu "Qəbələ" klubuna transfer olunub. Yeni klubu ilə bir illik müqavilə imzalayan S.Sokolov karyerasını digər əyalət təmsilçisində davam etdirəcək.
Universallığı ilə seçilən Sergey, demək olar ki, müdafiənin bütün yerlərində oynaya bilir. O, "Qəbələ"nin rəsmi saytına açıqlamasında transferi ilə bağlı qısa fikirlərini bildirib: "Bu kluba keçdiyim üçün şadam. Bundan sonra var-gücümlə çalışıb, "Qəbələ"nin yüksək yerlər tutması üçün əlimdən gələni əsirgəməyəcəyəm". "Qəbələ" milli komandamızın heyətində 7 oyun keçirən S.Sokolovun Azərbaycanda 4-cü klubu olub. Ölkəmizə 2005-ci ilin ortasında Şahin Diniyevin dəvəti ilə gələn müdafiəçi həmin mövsümün ilk dövrəsini onun rəhbərliyi altında "Gəncə" klubunda keçirib. Ş.Diniyevin milli komandamızın baş məşqçi postuna gəlişindən sonra "Qarabağ"a keçən Sergey 2006-cı ildə bu klubla Azərbaycan kubokunun qalibi olub.
Həmin vaxt Ş.Diniyevin dəvəti ilə milli komandamızda da oynayan legioner çox keçmədən böyük qalmaqala görə uzun müddət futboldan kənarda qalmalı olub. Belə ki, yığmamızın 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçika ilə səfər oyunundan (0:3) sonra S.Sokolovdan götürülən dopinq-test gözlənilmədən müsbət nəticə verib və onun diskvalifikasiya edilməsinə səbəb olub. Sergey FİFA tərəfindən 18 ay müddətinə bütün rəsmi turnirlərdən uzaqlaşdırılıb. Yalnız ötən mövsümün əvvəlində karyerasını bərpa edən Sergey "Simurq"la müqavilə bağlayıb və Roman Pokoranın çalışdırdığı komandada 41 oyuna 4 qol vurub.
+  -  Çap 
Yerləşdirilib: 29.01.10 | Baxılıb: 229

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •