Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ombudsman "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisinə müraciət edib
Ombudsman Elmira Süleymanova əlilliyi olan şəxslər tərəfindən ünvanına daxil olan şikayətlər əsasında "İçərişəhər" Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarova müraciət edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, E.Süleymanova qoruq ərazisində yaşadıqları və ya getdikləri ünvanlara çatmaq üçün əlillərə müvafiq güzəştlərin tətbiq edilməsini, ölkə prezidentinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişafı tədbirləri barədə" 16 dekabr 2009-cu il tarixli sərəncamına uyğun olaraq, araba ilə hərəkət edən əlillərin sərbəst hərəkətini təmin edən, müasir standartlara cavab verən infrastrukturun yaradılması istiqamətində zəruri tədbirlərin görülməsini təklif edib.
İdarədən daxil olmuş cavab məktubunda bildirilib ki, qoruq ərazisinə əlil arabalarının daxil olması sərbəstdir və belə hallar üçün ödəniş nəzərdə tutulmur. Qoruğun giriş qapısında İçərişəhər sakinlərinin, əlillərin və digər imtiyazlı şəxslərin bu ərazidə yaşadıqları və ya getdikləri ünvanlara pulsuz çatdırılması üçün yaxın vaxtlarda ictimai nəqliyyat növü kimi elektromobil vasitələri alınaraq istifadəyə veriləcək. Məktubda bu tədbirlər nəticəsində əlillərin ictimai nəqliyyatdan sərbəst istifadə etməsi üçün lazımi şərait yaradılacağı, nəqliyyat, rabitə, informasiya, mədəni-tamaşa və digər sosial infrastruktur qurğularının və obyektlərinin əlillərin, habelə sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılmasının imkan daxilində həyata keçiriləcəyi də bildirilib.
+  -  Çap 
Yerləşdirilib: 28.01.10 | Baxılıb: 309

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •