Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Gömrükçülər atanın azyaşlı qızlarından narkodaşıyıcı kimi istifadə etməsi faktı aşkarlay&
Azərbaycanın gömrük orqanlarının əməkdaşları atanın öz azyaşlı qızlarından narkodaşıyıcı kimi istifadə etməsi faktını aşkarlayıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana ailə üzvləri ilə birlikdə gələn İran vətəndaşı Nahani Eskandar Bahram və azyaşlı qızları Habibeh Nahari Eskandar, Mobina Narani Eskandar, Sevda Nahani Eskandar gömrük nəzarətindən keçirilərkən H.Eskandar və M.Eskandarın əyninə geyindiyi qara rəngli paltarın altından hər birindən 2 bağlamada olmaqla ümumi xalis çəkisi 2 015 q olan heroin, S.Eskandarın isə əyinə geyindiyi qırımızı paltarın altından 4 ədəd bağlamada olmaqla ümumi xalis çəkisi 1 010 q olan həşiş qətranı aşkar edilərək götürülüb. Fakt üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaq zamanı müəyyən edilib ki, Nahari Eskandar Bayrami İranın Astara şəhərində olarkən şəxsiyyətləri istintaqla müəyyən edilməsi mümkün olmayan "Behnam Ətai"", "Farabi" və "Karman" adlı şəxslər və qeyriləriylə qabaqcadan əlbir olub qaçaqmalçılıq yolu ilə Azərbaycana gizli keçirib satmaq üçün qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanılması barədə sövdələşərək cinayət əlaqəsinə girib. O, "Behman Ətai" və "Farabi" adlı şəxslərdən Azərbaycanın Astara rayonunda "Kamran" adlı şəxsə çatdırmaq məqsədilə 2 015 q heroini və 1010 q həşiş qətranını satış üçün əldə edib. Ailə üzvləri ilə birlikdə Azərbaycana gələrkən həmin narkotik vasitələri azyaşlı uşaqların üzərlərində gizlədib. Bu hərəkətləri ilə Nahari Eskandar Bahrami Azərbaycan CM-nin müvafiq maddələri ilə cinayət əməli törədib, Yasamal rayon Məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsində, həmçinin İrandan gələn Hacı Hosseinlou Mohsen Safaralinin və Armand Davood Hosseinin idarə etdikləri "Scania" markalı THR-88825 nömrə nişanlı sərnişin avtobusuna gömrük baxışı keçirilərkən yük yerində İmam Əlinin təsviri əks olunmuş xalçanın taxta çərçivəsində 5 bağlamada 500,256 q heroin və 17 bağlamada 1 635 q həşiş qətranı aşkar edilib. Əməliyyat tədbirləri həyata keçirməklə Bəhruz Kərimov adlı şəxs həmin xalçanı Xətai rayonunda yerləşən "Təbriz qarayı"nda anbardar Eldar Zahirovdan götürüb uzaqlaşarkən DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Fakt üzrə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.
+  -  Çap 
Yerləşdirilib: 28.01.10 | Baxılıb: 306

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •