Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Kitabxanaların informasiyalaşdırılması işinə başlanılıb
Prezidentin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaların informasiyalaşdırılması işinə başlanılıb və respublikanın kitabxana-informasiya şəbəkəsinin avtomatlaşdırılması həyata keçirilir.
Nazirliyin mətbuat xidmətinin qəzetimizə verdiyi məlumata görə, Quba, Beyləqan, Ağdaş və Neftçala rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin Veb-saytları yaradılaraq İnternet şəbəkəsində yerləşdirilib: Quba rayon Mərkəzi Kitabxanasının (www.quba-information.az) Veb-saytında Quba rayonu haqqında maraqlı tarixi məlumatlar verilib. Saytda Qubanın turizm sahəsi də əks olunub. Burada müasir istirahət mərkəzləri (Qəçrəş, Xınalıq, Cənnət bağı və s.) və s. istirahət zonaları haqqında məlumatlar verilib. Saytın "Abidələrimiz" bölməsində tarixi abidələr haqqında qısa məlumat yer alıb. 1918-ci ilin mart ayında Qubada erməni cəlladları tərəfindən törədilmiş vəhşiliklər haqqında məlumat və fotoşəkillər "1918-ci il soyqırımı" bölməsində yerləşdirilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın erməni işğalçılardan azad edilməsi məqsədi ilə Quba və Qusar sakinlərindən yaradılmış Quba-Qusar batalyonunun keçdiyi şərəfli döyüş yolu, batalyonun qəhrəmanları, şəhidləri haqqında geniş məlumatlar öz əksini tapıb. Quba-Qusar batalyonunun xronikası prezident Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixində "Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı Milli televiziya və radio ilə xalqa müraciəti" ilə başlanır.
Saytda kitabxana haqqında, kitabxananın keçirdiyi tədbirlər barədə məlumat verilir.
Ağdaş rayon Mərkəzi Kitabxanasının saytında (www.agdash-mks.az) Ağdaş rayonu haqqında ümumi məlumat, habelə görkəmli ağdaşlılar (akademik Bəkir Nəbiyev, Xalq artisti Habil Əliyev, Xalq yazıçısı Fikrət Qoca, Xalq artisti Lütvü Məmmədbəyov və s.) haqqında geniş məlumat yer alıb.
Saytın maraqlı linklərindən biri "Kitab abidələrimiz" bölməsidir. Burada Ağdaş rayonunda, rayon Tarix-Diyarşünaslıq Muzeyində mühafizə olunan 8 kitab abidəsi haqqında və şəxsi kolleksiyalarda saxlanılan 2 kitab abidəsi haqqında məlumatlar yerləşdirilib. Yaxın vaxtlarda kitabxanada Elektron kataloq və Elektron kitabxana bölməsi oxucuların istifadəsinə təqdim ediləcək.
Beyləqan rayon Mərkəzi Kitabxanasının Veb-saytında (www.beyleqaninfo.webs.com) Beyləqan rayonu, onun tanınmış şəxsiyyətləri, təbiəti haqqında, habelə Qədim Beyləqan şəhəri, onun qalıqları (qala divarları, Örənqala) haqqında materiallar xüsusi ilə maraqlıdır. Saytda Azərbaycanın tanınmış ziyarətgahlarından olan Cərcis Peyğəmbər ziyarətgahı haqqında məlumat yerləşdirilib.
Veb-saytda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin kitabxanalar haqqında dəyərli kəlamı, habelə ümummilli lider Heydər Əliyevə həsr edilmiş sayta və Beyləqan rayon İcra Hakimiyyətinin Veb-saytına birbaşa keçid linkləri verilib.
Neftçala rayon Mərkəzi Kitabxanasının (www.neftcala-mks.az) Veb-saytında Neftçala rayonu haqqında, onun iqtisadiyyatı, elmi, ziyalıları haqqında ətraflı məlumatlar yerləşdirilib. Veb-saytda neftçalalı Böyük Vətən müharibəsinin qəhrəmanları, Qarabağ müharibəsində şəhid olan Milli qəhrəmanlar haqqında məlumatlar verilib. Neftçala rayon Mərkəzi Kitabxanasının saytında ilk dəfə olaraq "Maraqlı faktlar" bölməsində Neftçala rayonu ilə bağlı bir çox maraqlı fakt öz əksini tapıb. Veb-saytda ilk dəfə olaraq kitabxananın əməkdaşları tərəfindən hazırlanan metodik vəsaitlər istifadəçilərə təqdim olunur. Neftçala rayonunda Tarix-Diyarşünaslıq Muzeyində mühafizə edilən 21 nüsxə unikal və nadir nüsxələr kitabxananın Veb-saytının "Kitab abidələri" bölməsində yerləşdirilib.
Veb-saytda istifadəçilər virtual olaraq Neftçala rayonun görməli yerləri ilə tanış ola bilər, habelə Neftçala rayon İcra Hakimiyyətinin Veb-saytına birbaşa keçid linki ilə daxil ola bilərlər.

TƏRANƏ
+  -  Çap 
Yerləşdirilib: 28.01.10 | Baxılıb: 476

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •