Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Bakı Məişət Tullantılarının Yandırılması Zavodu ilə bağlı müzakirələr keçirilib.
10 gün müddətinə Dövlət Ekoloyi Ekspertizasının yekun rəyi hazırlanacaq

Paytaxtın tullantı probleminin həlli məqsədilə tikiləcək Bakı Məişət Tullantılarının Yandırılması Zavodu ilə bağlı növbəti müzakirələr keçirilib. Bu barədə qəzetimizə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, paytaxtda məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloyi vəziyyətinin yaxşılaşdırılması məqsədilə "Bakı şəhərində Məişət Tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncam ötən il imzalanıb. Sərəncamın yerinə yetirilməsi ilə əlaqədar olaraq "Təmiz şəhər" ASC-nin yaradılması və bununla yanaşı İqtisadi İnkişaf Nazirliyinin (İİN) xətti ilə həyata keçirilməsi planlaşdırılan tədbirlər sırasında Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodunun inşası da nəzərdə tutulub. Zavodun layihələndirilməsi, tikilməsi və istismarı üzrə elan olunmuş beynəlxalq tenderin qalibi isə Fransanın "CNİM S.A." şirkəti olub. İİN-lə bağlanmış müqavilədə illik istehsal gücü 500 min ton bərk məişət tullantıları yandırmaqla, 230 milyon kvt/saat elektrik eneryisi istehsal edən zavodun layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Belə ki, istehsal olunan elektrik eneryisinin 15 faizi zavodun daxili ehtiyaclarına sərf ediləcək, qalanı isə şəhər şəbəkəsinə veriləcək. Bununla əlaqədar "CNİM Azərbaycan LTD" MMC tərəfindən Bakı Məişət Tullantılarının Yandırılması Zavodunun Tikintisi və İstismarı dövründə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanıb. Sənəd Dövlət Ekoloyi Ekspertizasından keçirilməsi üçün ETSN-ə təqdim olunub. Sənəddə zavodun tikiləcəyi ərazinin mövcud təbii vəziyyəti, zavodun texnoloyi quruluşu əsasında ətraf mühitə təsirlər və onların azaldılması tədbirləri araşdırılıb. Sənədin baxılmasına nazirliyin Dövlət Ekoloyi Ekspertiza İdarəsinin mütəxəssisləri ilə yanaşı, respublikanın bu sahə üzrə alim və mütəxəssisləri, həmçinin QHT nümayəndələrindən ibarət 9 nəfər ştatdankənar mütəxəssis cəlb edilib. ƏMTQ sənədinin 1-ci müzakirəsi cari ilin sentyabrında baş tutub. Müzakirədə təqdim olunan layihə ilə əlaqədar QHT nümayəndələri tərəfindən irad və təkliflər bildirilib. QHT nümayəndələrinin təklifləri və layihə ilə bağlı qarşıya qoyulan məsələlərə aydınlıq gətirilməsi üçün bu günlərdə ETSN-də sənədin 2-ci müzakirəsi keçirilib. Müzakirədə İqtisadi İnkişaf, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, "Təmiz Şəhər" ASC, Bakı şəhəri və Sabunçu rayonu İcra Hakimiyyətləri, "CNİM Azərbaycan LTD" MMC, sənədin baxılmasına cəlb edilən ekspertlər, həmçinin QHT nümayəndələri iştirak ediblər. Aparılan müzakirələrdə ETSN tərəfindən irəli sürülən bir sıra ciddi ekoloyi tələblər nəzərə alınmaqla sənədlə bağlı 10 gün müddətinə Dövlət Ekoloyi Ekspertizasının yekun rəyinin hazırlanması qərara alınıb.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 24.10.09 | Baxılıb: 266

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •