Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Kənd təsərrüfatı kooperasiyası haqqında" yeni qanun hazırlanır
Eldar İbrahimov: "Bu o demək deyil ki, kolxozu bərpa edirik"

Dünən Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda komitənin 2009-cu il payız sessiyasının yekunlarına dair gördüyü işlər barədə hesabat, 2010-cu il yaz sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarılıb. Bu barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, ötən sessiya dövründə 5 iclas keçirilib, 8 məsələ, o cümlədən 6 qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Payız sessiyası dövründə komitəyə vətəndaşlardan 40 ərizə, şikayət və müraciət daxil olub ki, onlardan da 31-i tədbir görülməsi üçün aidiyyəti orqanlara göndərilib. Bununla yanaşı, sessiya dövründə komitə sədri 3 dəfə xarici səfərdə olub, eləcə də 51 şikayətçini qəbul edib. E.İbrahimov onu da qeyd edib ki, komitənin yaz sessiyası üçün qanunvericilik işləri planına 3 qanun layihəsi daxildir. Bunlardan biri "Torpaqların dövlət ehtiyacları üçün geri alınması haqqında" qanun layihəsidir ki, hazırda onun ikinci oxunuşa təqdim olunması üçün üzərində son tamamlama işləri gedir. Yəni qanun layihəsinin Prezident Administrasiyasının müvafiq şöbəsi ilə bir daha işlənilib təkmilləşdirildikdən sonra əvvəlcə - fevral ayında komitənin, sonra isə - mart ayında parlamentin plenar iclasının müzakirəsinə çıxarılması nəzərdə tutulur.
İkinci qanun layihəsi "Pambıqçılıq haqqında" qanunvericilik aktıdır ki, həmin sənədin də parlamentin plenar iclasının ikinci oxunuşunun müzakirəsinə təqdim olunması üçün komitənin mütəxəssisləri ilə üzərində təkmilləşdirmə işləri aparır. Həmin sənədin komitənin ikinci oxunuşun müzakirəsinə çıxarıldıqdan sonra aprel ayında Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir.
Üçüncü qanun layihəsinə gəlincə, komitə sədri bildirib ki, bu sənəd "Kənd təsərrüfatı kooperasiyası haqqında" yeni qanunvericilik aktıdır: "Artıq bütün dünya, Avropa ölkələri kənd təsərrüfatının kooperasiyası ilə məşğuldur. Biz də istəyirik ki, Azərbaycanda bu yöndə qanun qəbul edilsin. Bu heç də o demək deyil ki, biz geriyə qayıdırıq, kolxozu bərpa edirik. Xeyr, kooperasiya dünyada, xüsusilə Avropada özünü ən yüksək səviyyədə göstərməkdədir. Odur ki, komitəmizdə bu yöndə yeni qanun layihəsi hazırlanması üzrə ciddi işlər gedir. Biz bu istiqamətdə qabaqcıl ölkələrin qanunvericilik təcrübəsindən də yararlanmağı nəzərdə tuturuq. Çox güman ki, bu qanun layihəsi üzərində işləri vaxtında başa çatdıra bilsək, onu yaz sessiyasının sonlarında - may ayında sessiyanın gündəliyinə çıxara biləcəyik".
Sonra sözügedən məsələlər barədə mövqeyini açıqlayan komitə üzvü, millət vəkili Vidadi Məmmədov xatırladıb ki, bir müddət öncə komitə tərəfindən hazırlanan və parlament tərəfindən qəbul edilən "Ekoloyi təmiz kənd təsərrüfatı məhsulları haqqında" qanun düzgün icra olunmur: "Biz bu qanuna əldə əsas tutaraq, istehsal etdiyimiz malları bu marka altında Avropaya və dünyaya çıxara, onun satışına nail ola bilərdik. Ancaq üstündən xeyli vaxt keçməsinə baxmayaraq, bu yöndə irəliləyiş hiss olunmur. Kənd Təsərrüfatı Nazirliyi, ticarətlə məşğul olan digər dövlət qurumları artıq tələb etmək, əmr vermək kimi idarəetmə üsullarından əl çəkməlidirlər. Onlar daha çox maarifləndirmə, metodiki işlərin aparılması ilə məşğul olmalıdırlar. Bayaq burada qeyd edildi ki, komitə tərəfindən kənd təsərrüfatının kooperasiyası ilə bağlı yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Mən də bunu dəstəkləyirəm, ancaq eyni zamanda hesab edirəm ki, biz bu qanun layihəsinin də təbliğinə ciddi fikir verməliyik. Hətta düşünürəm ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi nəzdində ayrıca bir şura yaradılmalı və onun tərkibinə komitəmizin üzvləri, bu sahə ilə əlaqədar tanınmış mütəxəssislər daxil edilməlidir. Bu olarsa, qanunlarımız daha yaxşı işləyər, daha xeyirli olar".
Komitənin digər üzvü Gülhüseyn Əhmədov isə "İnnovasiya haqqında" qanun layihəsinin hazırlanmasının və qəbulunun tərəfdarı olduğunu bildirib.
Müzakirələrdən sonra komitə sədrinin hesabatı və 2010-cu il yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı nəzərə alınaraq təsdiqlənib.
İclasda "Azərbaycan hökuməti və Qazaxıstan hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi də müzakirə edilib. Qısa müzakirələrdən sonra qanun layihəsi parlamentin yaz sessiyasının plenar iclasına tövsiyə olunub.


İ.QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 27.01.10 | Baxılıb: 636

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •