Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
MTN ali məktəbə tələbə qəbul etdirmək adı ilə dələduzluq edən şəxsləri yaxalayıb
Saxlanılan Hacıəli Abbasov və Mirzə Quliyev özlərini vəzifəli şəxs kimi təqdim edibmiş

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, özünü dövlət hakimiyyət strukturlarının vəzifəli əməkdaşı kimi qələmə verərək, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan şəxslər ifşa olunaraq yaxalanıb. MTN-nin ictimai əlaqələr mərkəzindən verilən məlumata görə, Bakı şəhər sakinləri - 1954-cü il təvəllüdlü Abbasov Hacıəli Hacıqulu oğlu və 1963-cü il təvəllüdlü Quliyev Mirzə Yusif oğlu cinayət əlaqəsinə girərək, özlərini özbaşına vəzifəli şəxs kimi təqdim edib qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər, yəni aldatma yolu ilə özgəsinin külli miqdarda əmlakını ələ keçiriblər. Müəyyən edilib ki, H.Abbasov özünü Prezident Administrasiyasının təhsil məsələləri üzrə əməkdaşı, M.Quliyev isə özünü Bakı şəhərinin rayonlarından birinin icra hakimiyyəti başçısının müavini kimi təqdim edərək, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan test imtahanlarının nəticələri üzrə keçid balı toplaya bilməyən bir sıra abituriyentləri yalan vədlər verməklə aldadıblar. H.Abbasov və M.Quliyev həmin abituriyentləri, guya, Heydər Əliyev Fondunun xətti ilə bəzi ali təhsil ocaqlarına qəbul etdirəcəklərini bildiriblər. Bu yolla Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Hüseynov Mətləb Eldar oğlu vasitəsilə valideynlərinə vəd edərək onların külli miqdarda pul vəsaitlərini ələ keçiriblər. Bu törətdikləri hüquqazidd əməllərinin növbəti mərhələsində H.Abbasovun tapşırığı ilə M.Quliyev həmin vətəndaşlardan birinə 10 min manat müqabilində Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirəcəyini Mətləb Hüseynovun vasitəsilə vəd edib. Bu işə razılaşacağı təqdirdə göstərilən pulu ondan hissə-hissə qəbul etməyə razı olduğunu bildirib. Mətləb Hüseynov aldadıldığını başa düşərək, əlavə vaxt əldə etməklə H.Abbasovu və M.Quliyevi ifşa etmək məqsədilə ona ilkin olaraq 2 min AZN məbləğində pul verməyi vəd edib və bunun üçün möhlət istəyib. Mirzə Quliyev da bu şərtlə və məbləğlə razılaşıb. Bundan sonra, M.Hüseynov MTN-ə ərizə ilə müraciət edərək göstərilən hallar barədə məlumat verib və Hacıəli Abbasovla Mirzə Quliyevin cinayət başında yaxalanması üçün köməklik göstərməyə hazır olduğunu bildirib. Vətəndaşın ərizəsi əsasında H.Abbasovla M.Quliyevin ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilməklə onların ifşa olunması və yaxalanması üzrə xüsusi əməliyyat planı hazırlanıb. 2010-cu il yanvarın 18-də M.Hüseynov Bakı şəhərində fəaliyyət göstərən çay evlərindən birində M.Quliyevlə görüşərək, Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul üçün ona 2 min AZN məbləğində pulu, hərbi xidmətə çağırış məntəqəsinə təhkim olunmaya dair sənədi və TQDK-nın abituriyent ödəmə kartını ona verib. MTN əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Mirzə Quliyev cinayət başında yaxalanıb. Fakt üzrə MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi) maddələri ilə cinayət işi başlanılıb. H.Abbasov və M.Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib. H.Abbasovun və M.Quliyevin qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinə və onun ərazi orqanlarına müraciət etmələri xahiş olunur.
+  -  Çap 
Yerləşdirilib: 27.01.10 | Baxılıb: 240

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •