Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Futzalçılarımız Avropa çempionatının yarımfinalında!
Qəhrəmanlar Budapeştdən "köçdülər"

Futzal üzrə Azərbaycan milli komandası Macarıstanda keçirilən Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. Komandamız 1/4 final mərhələsi çərçivəsində Ukrayna ilə qarşılaşıb. Qitə çempionatına ilk dəfə qatılmış futzalçılarımız 3:3 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında rəqibi məğlub edib - 4:2.
"Bizim oyunçuların çoxu paltardəyişmə otağında uşaq kimi ağlayırlar. Mən onları başa düşürəm. Bu, idmançı həyatıdır, kimsə uduzmalı idi. Həyat davam edir, dünya çempionatına hazırlaşırıq". Bu sözləri Ukrayna futzal yığmasının baş məşqçisi Qennadi Lisençuk deyib. O, oyundan sonra keçirilən mətbuat konfransında yetirmələrinin qol epizodundan yararlana bilməməsindən narazılıq edib: "Bu gün biz uduzmamalı idik. Elə epizodlar olurdu ki, top qapıya düşməli idi, ancaq dirəyin yanından keçirdi. Mənə xüsusilə qapımıza vurulan üçüncü qol ağır gəlir. Çünki həmin epizodda rəqib futzalçı qapıçımızın üz nahiyəsinə zərbə endirmişdi. Məhz qapıçımızın zədələnməsindən dərhal sonra yerinə yetirilən cərimə zərbəsi qol oldu. Buna baxmayaraq, Azərbaycanı ilk dəfə Avropa çempionatının yarımfinalına yüksəlməsi münasibətilə təbrik edirəm". Q.Lisençuk penaltiləri vura bilmədiklərinə görə də təəssüfünü gizlətməyib: "Bu gün 1 saatlıq məşqin yarım saatını penaltilərə həsr etmişdik. Hər kəs 10 zərbədən 10-nu da vururdu. Lakin matçdan sonra yetirmələrim oyundakı qol epizodlarını vura bilmədiklərinə, yorğunluğa və rəqib qapıçının yaxşı oyununa görə, şansdan istifadə edə bilmədilər".
Azərbaycan milli komandasının oyunçusu Rizvan Fərzəliyev də Ukrayna ilə oyun haqda fikirlərini açıqlayıb. UEFA-nın rəsmi saytına açıqlamasında 1/4 final mərhələsinin çətinliklə keçildiyini bildirən R.Fərzəliyev komandamızın ən yaxşısının kimliyinə aydınlıq gətirib: "Ukraynalılar son saniyələrdə qazandıqları 10 metrlik cərimə zərbəsindən qol vursaydılar, biz evə qayıdırdıq. Yaxşı ki ukraynalılar bu şansdan yararlana bilmədi. Penaltilər seriyasında isə bəxt və Tveryankin bizim tərəfimizdə idi. Düşünürəm ki, o, ən yaxşı qapıçıdır. Ümumiyyətlə, Ukrayna ilə qarşılaşmada bizim bütün oyunçular ən yaxşı idi".
Azərbaycan futzal yığmasının qapıçısı Andrey Tveryankin isə qələbəyə görə çox sevindiyini bildirib: "Biz Azərbaycan, o cümlədən özümüz üçün oynadıq. Əsas odur ki, hər şeyi ürəkdən edirdik".
Qeyd edək ki, milli komandamızın Ukrayna üzərində qazandığı qələbədə Tveryankinin də böyük rolu olub. 43 yaşlı rusiyalı qapıçı oyunsonrası penaltilər seriyasında rəqibin iki zərbəsini qaytarıb. O, yanvarın 28-də keçiriləcək yarımfinalda daha yaxşı çıxış edəcəyimizi düşünür: "Fikrimcə, yarımfinal matçı daha asan keçəcək. Çünki 1/4 finalda uduzan komanda turnirlə vidalaşırdı. Bu amil istər-istəməz psixoloyi gərginlik yaradırdı. Bundan sonra isə istənilən halda, iki matç keçirməliyik. Yəni, qarşıdakı görüşə rahat çıxacağıq. Hələ Macarıstana gələndə demişdim ki, geriyə medalla qayıda bilərik. İndi bu arzumuzun reallaşmasına 1 oyun qalıb".
Bu arada yarımfinala vəsiqə qazanmış futzal yığmamız dünən dünən Macarıstanın paytaxtı Budapeştdən Debretsenə köçüb. Futzalçılarımız çempionatda qalan hər iki matça məhz Debretsendə çıxacaq.
Yığmamız yanvarın 28-də "Foniks" İdman Sarayında yarımfinal oyununa çıxacaq. Bu qarşılaşmanın nəticəsindən asılı olmayaraq, təmsilçilərimiz yanvarın 30-da yenə bacarıqlarını nümayiş etdirəcəklər. Həmin gün komandamız finalda, yaxud 3-cü yer uğrunda görüşdə çıxış edəcək. Sayca 7-ci Avropa çempionatı yanvarın 30-da yekunlaşacaq. Futzalçılarımız, AFFA və Futzal Federasiyasının rəsmiləri, yurnalistlər və azarkeşlər yanvarın 31-də gecə saatlarında vətənə dönəcəklər.
1/4 final Azərbaycan - Ukrayna - 3:3 (penaltilər seriyası- 4:2)
+  -  Çap 
Yerləşdirilib: 27.01.10 | Baxılıb: 265

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •