ARDNŞ ekoloyi layihələrə 50 milyon manatdan çox vəsait ayıracaq
Dünən ARDNŞ-nin ekologiya üzrə viste-prezidenti Muxtar Babayev "İnterfaks-Azərbaycan" agentliyinin ofisində mətbuat konfransı keçirdi. 2010-cu ildə ekologiya sahəsində prioritetləri elan edən şirkətin vitse-prezidenti bura tullantıların sıfır səviyyəyədək azaldılması, lay sularının, neftlə çirklənmiş ərazilərin təmizlənməsi, atmosferə atılan tullantıların azaldılması, Bakı buxtasının təmizlənməsi, ekoloyi parkların yaradılması, ekoloyi monitorinqlərin və tədqiqatların aparılmasının daxil edildiyini bildirdi. M.Babayev vurğuladı ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 2010-cu ilin Ekologiya ili elan olunub. Bu səbəbdən də ekologiya sahəsində çalışan bütün qurumların, o cümlədən Dövlət Neft Şirkətinin qarşısında böyük vəzifələr durur: "2009-cu ildə ARDNŞ-nin bütün müəssisələrində müvafiq ekoloyi layihələr keçirilib. Bu layihələrlə yanaşı, yeni avadanlıqların tətbiq olunması, tullantıların azalması üçün müvafiq tədbirlər görülüb. Bizim əsas problemimiz olan lay sularının utilizasiyası ilə bağlı böyük proqram hazırlanıb. Bu proqramla bağlı bir neçə neftqazçıxarma idarəsinin ərazilərində tədbirlər görülüb. Bu işlər üçün artıq layihələr hazırlanıb, müvafiq maliyyə vəsaiti də ayrılıb. Neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində də ayrıca işlər görülüb.
Buraya bütün neftqazçıxarma idarələri cəlb olunub və onlar bu işləri müvəffəqiyyətlə həyata keçirirlər". Onun sözlərinə görə, 2010-cu ildə ARDNŞ xüsusilə quruda yerləşən və 160 il istismar olunan yataqlarda lay sularının təmizlənməsinə böyük diqqət ayıracaq.
M.Babayev bildirdi ki, 2008-ci ildən ARDNŞ-nin sistemində ekoloyi menecment - yeni idarəetmə sisteminin yaradılması və tətbiq olunmasına başlanılıb və bu il də bu işlər davam etdiriləcək: "Bu, asan deyil, çətin və uzunmüddətli bir prosesdir. Burada maarifləndirmə, standartlaşdırma, təlimatlaşdırma işləri görülməlidir və artıq hər işçi öz işini elə qurmalıdır ki, heç kəsə zərər vurmasın".
Bibiheybətdə görülən işlərlə bağlı danışan ARDNŞ-nin vitse-prezidenti orada 230 hektara yaxın torpaq sahəsinin təmizləndiyini bildirdi: "Orada yaşıllıqlar salınıb. Artıq 50 mindən artıq ağac əkilib və onlara aqrotexniki qulluq edilir. Biz bu il bioloyi təmizləməyə də üstünlük verəcəyik". Atmosferə atılan tullantıların azalması ilə bağlı danışan viste-prezident qeyd etdi ki, ARDNŞ 2005-ci ildən başlayaraq böyük bir proqramın həyata keçirilməsinə başlayıb: "Bu proqramda aşağı təzyiqli qazların dəniz platformalarından yığılması və onların kompressorlar vasitəsi ilə sahilə çatdırılması nəzərdə tutulub. Bu proqramla əlaqədar "Günəşli", "Neft Daşları" yatağında böyük texnoloyi sxemlərin dəyişdirilməsi, orada yeni avadanlıqların tətbiq olunması, quraşdırılması həyata keçirilib. M.Babayev vurğuladı ki, 2010-cu ildə şirkət ümumi sahəsi 120 hektar olan neftlə çirklənmiş əraziləri təmizləməyi planlaşdırır. "Bu ərazilər əvvəlcə qurudulmalıdır. Bundan əlavə, təmizlənməni əsasən bioloyi üsulla həyata keçirəcəyik". 2006-2009-cu illərdə "Günəşli" yatağından ümumilikdə 445 ton, "Neft Daşları" yatağından 120 ton karbon qazı kənar edilib. 2010-ci ildə ARDNŞ-nin planlarına ümumilikdə 450 min ton karbon qazının tullanmasının azaldılması daxildir.
M.Babayev digər proqramlardan biri kimi avtomobillərdən, texniki vasitələrdən havaya atılan tullantıların azaldılmasını göstərdi: "Burada biz ilk növbədə ARDNŞ-ə məxsus nəqliyyat vasitələrinin yoxlanılması ilə məşğuluq. Bu istiqamətdə üç ekoloyi ölçmə məntəqəsi yaradılıb. Bunlar Sabunçu, Suraxanı və Səbail rayonları ərazisində yerləşir. Biz ölçmə məntəqələrini ən yeni avadanlıqlarla təchiz etmişik. Mütəxəssislər də onlar üçün treninqlər keçiblər. Artıq beş minə yaxın maşın yoxlanılıb, onların təmiri, cari vəziyyətinin normaya çatdırılması ilə bağlı tövsiyələr verilib".
Digər böyük bir proqram isə istehsalat tullantılarının idarə olunması ilə bağlıdır: "Bildiyiniz kimi, 2009-cu ildə ölkə prezidentinin iştirakı ilə Balaxanıda böyük bir tullantı emal edən zavodun inşasına başlanılıb". O bildirdi ki, həmin zavodun köməyi ilə mühüm işlər görmək mümkün olacaq.
ARDNŞ rəsmisi Bakı buxtasının təmizlənməsi məsələsinə də toxundu və qeyd etdi ki, bir neçə dəfə bununla bağlı müzakirələr aparılıb. M.Babayev qeyd etdi ki, buxtada tullantıların təmizlənməsi üçün xüsusi gəmilər alınmalıdır: "Bununla ARDNŞ-in müvafiq qurumları məşğul olur və hesab edirik ki, yaxın günlərdə bunun nəticəsini görə biləcəyik".
Ekoloyi park barədə də danışan M.Babayev 2010-cu ildə bu layihənin həyata keçirilməsinə başlanılacağını vurğuladı: "Burada böyük bir şitilxananın quraşdırılması planlaşdırılıb. Orada təqribən 200 min ağacın yetişdirilməsi həyata keçiriləcək. Eyni zamanda təxminən 400-450 min ağac, kol və güllərin açıq sahədə yetişdirilməsini nəzərdə tutmuşuq. Burada günəş, külək eneryisindən istifadəni nəzərdə tuturuq. Təxminən 40 kilovatt külək eneryisi mənbələrindən və generatorlardan, eləcə də 20 kvatt-a qədər günəş batarayelarından istifadə edəcəyik". Onun sözlərinə görə, digər bir mühüm istiqamət yaşıllaşdırma ilə bağlıdır. Belə ki, artıq 85 min ağac və kol əkilib. 2010-cu ildə isə bu rəqəmin 150 minə çatdırılması planlaşdırılır: "Onların bir qismi ekoloyi parkda əkdiyimiz ağac və kül kollarıdır".
Sonda sualları cavablandıran M.Babayev bildirdi ki, 2009-cu ildə ARDNŞ ekoloyi layihələrə 50 milyon manat sərf edib. 2010-cu ildə isə ekoloyi layihələrə dair xərclər bu göstəricini ötə bilər: "Vəsaitin böyük əksəriyyəti ekoloyi avadanlıqların alınması, ARDNŞ müəssisələrinin texnoloyi iş reyiminin əvəzlənməsi, çirklənmiş torpaqların və suyun təmizlənməsinə sərf edilib. ARDNŞ-nin 2008-ci ildə ekoloyi layihələr üzrə investisiyası 28,5 milyon manat, 2007-ci ildə isə təxminən 22 milyon manat təşkil edib".
"ARDNŞ, həmçinin tullantıların idarə edilməsi üzrə yeni sistem yaradacaq. Bununla əlaqədar xüsusi layihənin həyata keçirilməsi planlaşdırılır. Bundan başqa, biz tullantıların nomenklaturasını genişləndirmişik. Əvvəlcə siyahı 32 tullantı növündən ibarət olub, indi isə o, iki dəfə genişlənib" - deyə şirkətin vitse-prezidenti qeyd etdi.
M.Babayev bu il 120 hektara yaxın çirklənmiş sahənin mexaniki və bioloyi təmizlənməsinin, 150 minə yaxın ağac və gül kollarının əkilməsinin nəzərdə tutulduğunu da qeyd etdi.
ARDNŞ rəsmisi hazırda Bakı şəhərinin Xətai rayonu ərazisində "Qara şəhər" massivindən neft zavodlarının şəhərdən kənara köçürülməsi layihələri üzərində iş aparıldığını da bildirdi: "Hazırda Dövlət Komissiyası təklifləri araşdırır. Hesab edirəm ki, şəhərdən kənarda yaradılacaq yeni neft-kimya kompleksi ölkənin neft və neft-kimya məhsullarına olan tələbatını tam ödəyəcək".
M.Babayev qeyd etdi ki, ARDNŞ istehsalat tullantılarının idarə olunması layihəsi üzərində də işləyir. Onun sözlərinə görə, bu layihə üzrə Qaradağ rayonu ərazisində yerləşən tullantı mərkəzinin modernləşdirilməsi işlərini həyata keçirən şirkətin seçimi üçün tender keçirilir. Yaxın vaxtlarda tenderin yekunlaşdırılması və qalibin elan edilməsi planlaşdırılır. Şirkət rəsmisi bildirdi ki, seçim zamanı bu sahədə təcrübəsi olan şirkətə üstünlük veriləcək.
Azər NURİYEV