Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qalaktikada Azərbaycanın adı ilə bağlı 11 göy cismi var
Hazırda qalaktikada Azərbaycanın adı ilə bağlı 11 göy cismi var. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan astronomlarının qazandığı uğurlar nəticəsində Beynəlxalq Astronomiya İttifaqı 8 kiçik planetə Azərbaycanla bağlı ("Nizami Gəncəvi", "Nəsrəddin Tusi", "Hüseyn Cavid", "Müslim Maqomayev", "Azərbaycan", "Şamaxı Astrofizika Rəsədxanası", "Sorin" (Azərbaycanda çalışmış rus alimi), "Əyyub Quliyev") adlar verilib. Həmçinin Marsda və Ayda üç krater ŞAR əməkdaşlarının adı ilə adlandırılıb. Ə.Quliyev deyib ki, son zamanlar rəsədxanada 2000-dən çox ulduzun spektrləri alınıb, emal və təhlil edilib, bir sıra ulduz atmosferlərində periodik dəyişkənliklər, Günəş atmosferində qeyri-adi dalğavarı hərəkət qeydə alınıb, yeni elektron komet kataloqu yaradılıb və onun əsasında komet sistemində indiyədək məlum olmayan effektlər aşkar edilib, bir sıra asteroidlərin kimyəvi tərkibi öyrənilib, Günəş atmosferində qeyri-adiabatik rəqslərin nəzəriyyəsi yaradılıb, ionosferdən keçən yüksək tezlikli radio siqnalların ssintilyasiyası və onun Günəş fəallığından asılılığı tədqiq edilib, Günəş fəallığının yeni mexanizmi irəli sürülüb, yeni müşahidə sistemləri və işıqqəbuledicilər yaradılıb.
Ə.Quliyev deyib ki, ŞAR dəniz səviyyəsindən 1500 m. hündürlükdə yerləşir və buna görə dünyanın bir sıra astronomik rəsədxanalarını qabaqlayır. Rəsədxananın yerləşdiyi nöqtənin coğrafi enliyi 40 dərəcə təşkil edir. Rəsədxana çətin müşahidə olunan cənub göyünün öyrənilməsində müəyyən üstünlüklərə malikdir. Burada müşahidə olunan aydın gecələrin sayı 190-200 təşkil edir ki, bu mənada da ŞAR dünya rəsədxanalarının əksəriyyətini üstələyir.
+  -  Çap 
Yerləşdirilib: 26.01.10 | Baxılıb: 485

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •