Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ebru Gündəş Güneli məhkəməyə verir
Sevgilisi Rza Zərrabı isə evindən qovub

Günellə azərbaycanlı iş adamı Rza Zərrab arasında insident davam edir. R.Zərrabın Günel haqqında türk mətbuatına verdiyi geniş müsahibəsi sənətçinin imicini alt-üst edib.
Xatırladaq ki, 8 il sevgili kimi yaşayan cütlük ayrılandan sonra Rza Zərrabın türkiyəli sənətçi Ebru Gündeşlə ailə həyatı qurduğu və bu kimi xəbərlər dəfələrlə mətbuatda işıqlandırılıb. Lakin Rza ilə Günelin türkürpədici açıqlamaları işə Ebrunu da qarışdırıb. Daha doğrusu, o, Rza Zərrabı birlikdə yaşadığı evdən qovub. Məlumat üçün bildirək ki, Rza Zərrab müsahibəsində Günelin onu şərlədiyini, xəyanət etdiyini bildirib. Ebrunu isə ideal qadın obrazında göstərməklə, onun gələcək övladının anası olmasını arzulayıb. Təhqirlərə göz yummayan Günel isə açıqlamaları ilə Rzanın iddialarını rədd edib və bunun davamı olaraq ortaya real faktlar qoyub. Türk mətbuatının ötən gün yaydığı xəbərə görə, tanınmış müğənni Ebru Gündeş sevgilisi, Azərbaycan əsilli iş adamı Rza Zərrabı evindən qovub. Buna səbəb Azərbaycan əsilli müğənni, Rza Zərrabın 8 illik sabiq sevgilisi Günelin Ebru Gündeşə göndərdiyi kaset olub. Qeyd edək ki, Günel bir həftə əvvəl Rza Zərrabın evinə gəldiyini, onu hələ də sevdiyini söylədiyini, bununla bağlı əlində audio yazı olduğunu söyləyib. Rza Zərrab isə Güneli yalançı adlandırıb və Ebru Gündeşin onun namusu olduğunu, uşaqlarının anası olacağını dilə gətirib.
Günel keçmiş sevgilisinin bu açıqlamasından sonra əlindəki səs yazılarını həm internet saytlarına, həm də Ebru Gündeşə göndərib. Ebru Gündeş sevgilisinin sözlərini dinləyəndən sonra qiyamət qoparıb və Rza Zərrabı birlikdə yaşadıqları evdən qovub.
Qeyd edək ki, Rza Zərrab həmin səs yazısında deyir ki, Ebru Gündeşlə yaşadığı həyat deyil: "35 yaşlı bir arvadla həyatmı olur? Sən mənə dönsən, mən Ebru Gündeşdən dərhal ayrılaram".
Xəbərin davamında yazılır ki, Rza Zərrabı evindən qovan Ebru Gündeş Güneli də məhkəməyə verməyə hazırlaşır. Çünki Günel Rza Zərrabla söhbətində Ebru Gündeşin 2 milyon kişi ilə münasibəti olduğunu, onu da pulunu xərcləyəndən sonra buraxacağını söyləyib. Günel Ebru Gündeşi şərəfsizlikdə də suçlayıb: "Ebru Gündeş və meneceri mənimlə yazışdığını bilə-bilə səni qəbul edəcək qədər şərəfsizdirlərmi? Ebrunu Osmantan Erkırdan da sən ayırdın".
S.İBRAHİMOVA
+  -  Çap 
Yerləşdirilib: 26.01.10 | Baxılıb: 278

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •