Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Elxan Xanəlizadə romanını iki versiyada təqdim edib
Oxucular "Yol"u oxumaqla yanaşı, onu dinləyə də biləcəklər

Elxan Xanəlizadənin "Yol" adlı romanının təqdimatı keçirilib. "Ali & Nino" kitab evində keçirilən təqdimat mərasimində gənc yazarın eyni adlı romanının audio versiyası da iştirakçılara təqdim edilib. Tədbiri açan yazarın dostu Emin Musəvi bildirib ki, dövrü mətbuatda zaman-zaman çıxışlar edən Elxan Xanəlizadə həm də müxtəlif illərdə ispan dilindən tərcümələr edib. Onun növbəti yaradıcılıq işi həm kitab həvəskarları, həm də əsəri qulağı ilə dinləmək istəyənlər üçün bir töhfədir. Yazarın məlumatına görə, "Yol" romanı təxminən bir əsrə yaxın yaşayan azərbaycanlı qocanın dili ilə yazılıb. Yazıçı qəhrəmanının əlindən tutaraq böyük bir coğrafi məkanı gəzdirir. Müəllif bilərəkdən öz qəhrəmanının taleyinə, dilinə müdaxilə etmədən onu oxucuya olduğu kimi çatdırır. Əsər boyu İbrahim İmanov müxtəlif cəhətləri ilə seçilən, lakin mənfurluğu ilə bir-birinə çox oxşayan cəmiyyətlərdə sınmır, əksinə, hər dəfə həyatdan zərbə aldıqca öz insani keyfiyyətlərini qoruyaraq, daha da mətn olur. Minlərlə azərbaycanlının yaşadığı acınacaqlı həyatı bir insanın obrazında təqdim edən yazıçı ötən dövrlərə yeni baxışı əks etdirməklə oxucunu düşünməyə vadar edir.
Müəllifin əlavəsinə görə, oxucu üçün yenilik olan audio kitab isə dünya təcrübəsində geniş yayılıb. Qeyd edək ki, "Yol" audio romanı Əməkdar artist Gövhər Həsənzadənin studiyasında peşəkar heyət tərəfindən hazırlanıb. "Yol" üçün xüsusi musiqi və vokallar yazılıb. İnstrumental musiqilərin müəllifi və fortepianoda ifa edəni bəstəkar Ülviyyə Vəliyevadır. Vokal partiyalarını Aynur İsgəndərli, Aytac Cəfərova və Seyran İsmayılxanov səsləndiriblər. Kitabın və onun audio versiyasının rəssamı Nərminə Vəliyevadır. Mətni Ceyhun Əli səsləndirib.
+  -  Çap 
Yerləşdirilib: 26.01.10 | Baxılıb: 321

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •